Qırğızıstanda Bakiyev tərəfdarları cənub bölgəsində hökumət idarəsini ələ keçirib

Hakimiyyətdən devrilmiş keçmiş prezident Kumanbek Bakiyevin yüzlərlə tərəfdarı Cəlalabad və Oş şəhərlərində nümayişçilər keçiriblər

Qırğızıstanın hakimiyyətdən devrilmiş prezidenti Kurmanbek Bakiyevin tərəfdarları ölkənin gərgin cənub bölgəsində yerli hökumətin binasına hücum ediblər.Bakiyevin yüzlərlə tərəfdarı Cəlalabad şəhərində inzibati binanı ələ keçiriblər.

Bundan əvvəl Oş şəhərində Bakiyev tərəfdarı nümayişçilərin yerli hökumət binasına daxil oub müvəqqəti hökumətin lideri əleyhinə nümayiş keçirdikləri vaxt ara-sıra atışmalar haqda xəbərlər verilmişdir. Etirazçılar müvəqqəti hökumətin işdən çıxardığı yerli icra hakimini idarəyə gətirərək, onun yerinə bərpa olmasını tələb ediblər.

Qırğızıstanın müvəqqəti hökuməti vəziyyətə nəzarət etmək üçün Müdafiə nazirinin müavini İsmayıl İsakovu Oş şəhərinə göndərib. Müvəqqəti hökumət cənab Bakiyevin güclü dəstəyə malik olduğu cənub bölgəsində öz səlahiyyətlərini təsbit etməkdə çətinliklərlə qarşılaşır.