Qırğızıstanın müvəqqəti hökuməti Kurmanbek Bakiyevi ədalət məhkəməsi qarşısına çıxarmaq istəyir

Qırğızıstanın müvəqqəti hökuməti Kurmanbek Bakiyevi ədalət məhkəməsi qarşısına çıxarmaq istəyir

Bu gün televiziyada etdiyi müraciət zamanı müvəqqəti hökumətin lideri Roza Otunbayeva deyib ki, cənab Bakiyev ədalət məhkəməsindən qaça bilməyəcək.

Qırğızıstanın müvəqqəti hökuməti hakimiyyətdən devrilmiş prezident Kurmanbek Bakiyevin ölkəni tərk edib rəsmi istefasını təqdim etməyə məcbur olduqdan bir gün sonra onu məhkəmə qarşısında çıxarmaq istədiyini bildirir.

Bu gün televiziyada etdiyi müraciət zamanı müvəqqəti hökumətin lideri Roza Otunbayeva deyib ki, cənab Bakiyev ədalət məhkəməsindən qaça bilməyəcək. Cənab Bakiyev hökumətdə korrupsiyada ittiham edilir.

Xanım Otunbayeva həmçinin cənab Bakiyevin həyat yoldaşı və iki uşağı ilə qaldığı Qazaxıstandan faksla göndərilmiş istefa məktubunu oxuyub. Cənab Bakiyevin ölkədən Birləşmiş Ştatlar, Rusiya, Qazaxıstanvə Avropa Birliyinin vasitəçilərinin köməyi ilə çıxa bilmişdir. Onun gedişi ilə müşahidəçilərin vətəndaş müharibəsi astanasında olduğundan narahat olduqları Qırğızıstanda sabitliyin bərpa olunacağı ilə bağlı ümidlər artmışdır.