Kyiv Rusiyanın onlarla zərbəsini dəf etdiyini bildirir

Ukrayna bildirir ki, ordusu son bir gündə Rusiyanın onlarla hücumunu dəf edib. Bu arada isə Kyivin Qərb müttəfiqləri Ukrayna qüvvələrinin yazda həyata keçirəcəyi əks-hücumundan öncə ölkənin hava hücumlarından müdafiəsini gücləndirməyi müzakirə ediblər.

Ukrayna Ordusunun Baş Qərargahı aprelin 22-də bildirib ki, Ukrayna ordusu ölkənin şərqində Baxmut, Avdiyivka, Marinka və Şaxtar ərazilərinə Rusiyanın 53 hücumunun qarşısını alıb.

O əlavə edib ki, Rusiya qüvvələri son 24 saatda 30 hava hücumu, üç raket hücumu edib və çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən 50 hücum həyata keçirib.

Ukrayna ordusu bu məlumatları onlarla ölkə aprelin 21-də Ukraynaya əlavə hərbi yardımı müzakirə etmək üçün Almaniyada keçirdiyi görüşdə Kyivə Rusiyanın işğalçı qüvvələrinə qarşı mübarizəsində dəstəyini ifadə edib.

ABŞ-ın Birgə Qərargahlar rəisi general Mark Milli mətbuat konfransında deyib ki, Ukraynanın hava hücumundan müdafiə sistemini gücləndirmək “hal-hazırda kritik hərbi vəzifədir” və əlavə edib ki, məqsəd onun möhkəm və dəqiq olduğunu təmin etməkdir.

Milli deyib ki, Almaniyada Ramşteyn Hava Bazasında Ukrayna Müdafiə Əlaqə Qruöunun görüşü zamanı əsas mövzu bütün günü hava hücumunda müdafiə olub.

Milli ilə birlikdə mətbuat konfransında çıxış edən ABŞ müdafiə naziri Lloyd Austin deyib ki, Kyivin əlaqə qrupundakı müttəfiqləri Ukrayanın ən təcili olaraq yerüstü hava hücumundan müdafiə imkanlarına ehtiyacı olduğuna inanır.

“Bu, onlara Rusiya Hərbi Hava Qüvvələrinin bu döyüşdə mənalı təsir göstərməsinin qarşısını almağa imkan verdi,” Austin deyib.

Ukrayna Müdafiə Əlaqə Qrupunun iclasında Ukraynanı hərbi yardımla təmin edən təxminən 50 ölkədən nümayəndələr iştirak edib.

Rusiya Müdafiə Nazirliyi Ramşteyndəki görüşə cavab olaraq “idarə olunmayan” silahlanma yarışı barədə xəbərdatlıq edib və deyib ki, Rusiyanın Polşa və Litva ilə sərhəd bölüşən Kalininqrad ərasizində taktiki raket imkanlarını inkişaf etdirməyə ehtiyacı var.

Austin ABŞ-ın növbəti həftələrdə Almaniyaya Abrams tankları çatdırmaq planlarını təsdiqləyib və bildirib ki, Ukrayna əsgərlərinə onlardan istifadə etməklə bağlı təlim keçiriləcək.