Küveyt casus şəbəkəsi ilə əlaqədar bir neçə İran diplomatını ölkədən çıxarıb. Küveytin xarici işlər naziri Şeyx Məhəmməd əl-Sabaha onların ölkədən çıxarıldığını bu gün elan edib. O, diplomatların sayı barədə bir söz deməyib. İranın yüksək səviyyəli diplomatı məsələ ilə əlaqədar Küveyt xarici işlər nazirliyinə çağırılıb. Bu addım Küveyt məhkəməsində iki iranlı və bir küveytli İranın xeyrinə casusluq etmək ittihamları ilə ölümə məhkum edildikdən iki gün sonra atılır. Tehran Küveytdəki diplomatlarının casusluqla əlaqədar olduğunu rədd edərək, bu iddiaları əsassız adlandırıb.