Kuveytin Azərbaycandakı səfirinin bank hesabından pulu mənimsənilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə Nəsimi rayon Polis İdarəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində pulun Küveyt səfirliyinin ictimai əlaqələr üzrə mütəxəsisi tərəfindən internet vasitəsi ilə oğurlanması müəyyən edilib.
Dekabrın 8-də Azərbaycan Beynəlxalq Bankının Bank Fəaliyyətinin Təhlükəsizliyini təmin edən əməkdaşı Nəsimi RPİ-yə müraciət edərək cari il iyunun 1-dən avqust ayının 18-dək olan müddətdə Küveytin Azərbaycandakı səfirinin bank kartından 22484 ABŞ dollarının silinməsini bildirib.