Əgər Cared Kuşnerin Ərəd-İsrail münaqişəsini həll etmək üçün bir planı varsa belə, o bunu planını çox gizli saxlayır.
Prezident Donald Tramp vəzifəsinin icrasında başlayandan və kürəkəninə İsraillə fələstinlilə arasında sülhü təmin etmək öhdəliyini verəndən bəri, Kuşner uzun illərdir davam edən bu münaqişənin həllinə dair planlarını açıqlamır.
Sülh danışqıları illərdir dayandırılıb. Ən son danışıqlar isə 2014-cü ildə İsrailin yaşayış məntəqələri salmaq planı ilə fələstinlilərin islamçı Həmas qrupu ilə barışması üzərində ortaya çıxan fikir ayrılıqları səbəbilə dayandırıldı.
Ərəb-İsrail münaqişəsinin ilk xarici səfərinin diqqət mərkəzi etməsi və bu münaqişəyə həll yolu tapmaq öhdəliyini yüksək profilli insane verməklə Tramp məsələyə sələfləri kimi ehtiyat və təmkinlə yanaşmayıb.
Adətən öncəki administrasiyalar dünyanın ən çətin diplomatik məsələsinə daha gec cəlb olunurdular. Nobel Sülh Mükafatına gətirib çıxaran 1978-ci ildə əldə olunan Kamp Deyvid Akkordu ilə 1993-cu ildəəldə olunan Oslo razılığından öcnə aparılan danışıqlar gizli başlayıb.
Lakin Yaxın Şərq diplomatiyası ilə məşğul olanların fikrincə, Kuşnerə qaynatasının administrasiyasında öncəkilərlə müqaiysədə daha böyük və daha erkən belə nüfuzlu bir rol verilməsi onun xeyrinə ola bilər.
BÖYÜK NÜFUZ
Ağ Evdə bir sıra məsələ ilə bağlı böyük nüfuza sahib Kuşner öncəki ABŞ administrasiyların sülh danışıqlarına göndərdiyi ənənəvi nümayəndə modeli deyil.
Çin, Meksika və Kanadanın da daxil olduğu xarici siyasət portfoliosundan savayı o, qaynatasının adminstrasiyasında ticarət və bir sıra digər daxili məsələrlə bağlı böyük öhdəliyə sahibdir.
Planlarını açıqlamaq və Ross da daxil olmaqda, ənənəvi diplomatik nümayəndələr kimi məkik diplomatiyası aparmaq yerinə onun yanaşması daha təmkinlidir və o, işlərin çoxunu ba.qalarına həvalə edir.
Qüds, Ramallah, Amman və İran Körfəzi ölkələri ilə müzakirələr aparmaq işi daşınmaz əmlak üzrə vəkil və Trampa sadiq Ceyson Qrinblata həvalə edilib.
Kuşner İraq və Səudiyyə Ərəbistanına səfər etsə, İsraillə uzun biznes ələqaləri olsa və hətta İordan çayının qərb sahilində yaşayış məntəqəsinin tikilməsinin dəstəkləsə də, gündəlik işlərə Qrinblat nəzarət edib.
Həm İsrail həm də fələstinlilər tərəfindən bir sıra yüksək vəzifəli rəsmilər Kuşnerlə görüşdüklərini təsdiq edib, lakin heç biri müzakirə olunan məsələri açıqlamayıb. Elə görünür ki, sanki Kuşnerlə bağlı hər şey gizli saxlanılmağa çalışılır.
Administrasiyanın bir yüksək səviyyəli rəsmisi Kuşnerin öncəki administrasiyanın etdiyi səhvlərdən qaçınmağa çalışdığını deyib. “O çox gözəl dinləyicidir və bacara bildiyi qədər hər şeyi öyrənməyə çalışır,” deyə rəsmi bildirib.
Bir başqa keçmiş administrasiyia rəsmisi isə deyib ki, irəliləyiş əldə etmək üçün bir-başa yanaşmaya ehtiyac var.
ƏDALƏTLİ OLACAQMI?
Onun fələstinlilərlə edəcəyi ilk iş onları neytral vasitəçi olaraq fəlaiyyət göstərməsinə inandırmağa çalışmaqdır. Ortodoks yəhudi olan Kuşner israinin baş naziri Benyamin Netanyahunu uşaqlıından bəri 20 ildirə yaxındır tanıyır, çünki Netanyahu Kuşnerin atasını da tanıyırdır.
Onun həmçinin İsrailin ABŞ-dakı səfiri Ron Dermerlə də çəxsi münasibətləri var. Buna baxmayaraq, İsrail rəsmiləri deyir ki, onlar Kuşnerin təqnidləri nəzərə almadan onların tərəfini saxladığını inanmırlar.
“İlk öncə elə görünürdü ki, sanki Kuşnerin Dermerə heyran idi, onun hər sözünü dinləyirdi. Belə bir təsəvvür yaranmışdı ki, hər şey yaxşı olacaq, çünki Caren gəncdir, yəhudidir, bizi sevir, bizi anlayır və hər şey asan olacaq”, deyə baş nazirə yaxın bir şəxs bildirib.
“Lakin zaman keçdikcə, bu təsəvvür dəyişdi. İndi artıq insanlar belə düşünmür. Caredin öz dünyası, öz düşüncələri var”, deyə o əlavə edib.
Ədalətli və bitərəf olduğunu sərgiləmək üçün Tramp administrasiyası Trampın İsrailə səfərindən bir neçə həftə öncə fələstinlilərin prezidenti Məhamud Abbası Ağ Evə dəvət etmişdi. Tramp Abbasla görüşmədən öncə Kuşner və Qrinblat Abbasla iki saatlıq nahar edib.
Buna baxmayaraq bir çox fələstinli İsraillə bu dərəcə yaxın əlaqələri olan birinin bitərəf qalacağından şübhələnir. Fələstinlərin İsrailin Fələstin torpağında yaşayış məntəqələri salaraq bilərəkdən sülh prosesini dayandırdığına və yalnız Vaşinqton təzyiq göstərərəsə danışıqlara razı olacağına inanır.
“Kuşner fanatik mövqelərindən dolayı İsrail üçün faydalıdır”, deyə Ramallahda fəaliyyət göstərən fələstinli siyasi təhlilçi bildirir. “Əslində Kuşnerin sülh planını açıqlamaması bəlkə də, müsabət haldır, çünki çox güman bu plan İsrailin xeyrinə olacaq”, deyə o əlavə edib.
Lakin Masri həmçinin deyib ki, o amerikalıların sülh prosesini yenidən başladmaq üçün təkliflər irəli serməyi ləngidir, çünki İsrail heç bir güzəştə getmək istəmir.
“Nə Kuşner nə də Tramp tələsmir, çünki onlar İsrailin hazırkı hökümətinin güzəştə getməyəcəyini bilir.”
ABŞ-ın İsraildəki sabiq səfiri Dan Şapironun dediyinə görə, buna baxmayaraq hər iki tərəf Kuşnerə qarşı diqqətlidir. Heç kəs prezidentə bu qədər yaxın olan bir insanın irəli sürdüyü təklifi rədd edərək onu təhqir etmək istəmir.
Kuşnerin Trampın ailə üzvü və baş müşavir olaraq xüsusi status Sədiyyə Ərəbistanı və İsrailə səfəri zamanı aşkar idi. Qüdsdə Kuşner və İvanka Tramp Netanyahu, Donald Tramp və onlaırn həyat yoldaşları ilə birlikdə şam yeməyinə qatılıblar.
“Netanyahu hətta öz cabinet üzvlərini beə bu yeməyə dəvət etmir”, deyə Vaşinqtonda yerləşən Vaşinqton İnstitutunun İsrail-Fələstin münasibətləri üzrə ekspert Deyvid Makovski bildirib.