Trampın kürəkəninin maliyyə fəaliyyətləri araşdırılır

ABŞ prezidentinin ədaləti əngəlləməsinə dair təhqiqatın rəhbəri Robert Muller Donald Trampın kürəkəninin maliyyə və biznes fəaliyyətlərini də nəzərdən keçirir. Qeyd edək ki, Ceyrd Kuşner prezidentin yüksək səlahiyyətli müşavirlərindən biridir.

Washington Post qəzeti bu haqda məlumatı dünən yayıb.

Daha əvvəl qəzet Kuşnerin Rusiyanın dövlət inkişaf bankının rəhbəri ilə görüşdüyünü yazmışdı. Kuşnerin vəkili təhqiqatla əməkdaşlıq edəcəyini bildirib.

Bir sıra Twitter postlarından sonra Tramp bu gün yenidən fikrini bildirib. Prezident seçkiqabağı kampaniyası və Rusiya ilə bağlı təhqiqatı pisləyərək, kütləvi informasiya vasitələrinə qarşı ikrahını bildirib və bunu administrasiyasının uğuru kimi qələmə verib.

ABŞ prezidenti ədalətə əngəl törətməsinə dair aparılan təhqiqatı tənqid edib. Donald Tramp dünən istenza ilə Tvitter hesabında yazıb ki, Rusiya ilə bağlı qondarma hekayənin heç bir əsası olmadığı üçün indi ədalətə əngəl məsələsi ortaya atılıb.

Rusiyanın ABŞ seçkilərinə müdaxiləsini və prezident Donald Trampın kampaniyası ilə əlaqələrini araşdıran xüsusi məsləhətçi prezidentin ədaləti əngəlləməsini istintaqa əlavə edib.