Kurt Tonq: Transxəzər ticarət marşrutunun potensialı

ABŞ dövlət katibinin iqtisadi və biznes üzrə köməkçisinin məsul müavini Kurt Tonq

Aprelin 28-də Vaşinqtonda Kenni Herter adına konfrans zalında Qabaqcıl Beynəlxalq Araşdırmalar Məktəbi, Con Hopkins Universitetinin təşəbbüsü, Mərkəzi Asiya və Qafqaz İnstitutunun, Dünya Bankının və ABŞ Ticarət Palatasının təşkilatçılığı ilə Transxəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizinə həsr olunmuş forum keçirilib.

Forumda ABŞ dövlət katibinin iqtisadi və biznes məsələləri üzrə köməkçisinin məsul müavini Kurt Tonq regionda gələcək layihələr və ABŞ-ın maraqları ilə bağlı geniş məruzə ilə çıxış edib.

ABŞ-ın Azərbaycandakı səfirliyi çıxışın Azərbaycan dilinə tərcümə olunmuş tam mətnini dərc edib. Çıxışı təqdim edirik:

Bu yaxınlarda mən Mərkəzi Asiya və Qafqaz ölkələrinə səfər etdim və bu səfərimin məqsədi bu bölgədəki ölkələrin Transxəzər Ticarət Marşrutunun böyük potensialından hansı formada faydalanmaq planları ilə yerində tanış olmaq idi.

Bişkekdə olarkən mənin rəhbərliyim altında ABŞ nümayəndə heyəti Birləşmiş Ştatlar və beş Mərkəzi Asiya ölkəsinin iştirakı ilə keçirilən İqtisadi İşçi Qrupunun ilk birgə toplantısında iştirak etdi. Bu toplantı ilk dəfə Dövlət Katibi Con Kerrinin ötən ilin payızında beş Mərkəzi Asiya ölkəsinin hər birinə etdiyi tarixi səfər zamanı təklif edilmişdir və burada əsas məqsəd altı ölkə arasında iqtisadi əməkdaşlığı, ticarəti, investisiya qoyuluşunu artırmaq və regional inteqrasiyanı təşviq etməkdir. Əlbəttə ki, şərq-qərb və şimal-cənub arasında ticarət əlaqələrinin genişləndirilməsi görüşün əsas müzakirə mövzusu idi.

Hazırda bölgədəki bir çox ölkələrin iqtisadiyyatları çətin bir dövrdən keçirlər

Gürcüstanda olarkən mən Poti limanına səfər etdim və burada limanın fəaliyyəti ilə tanış oldum və gələcək inkişaf planları barədə məlumat aldım. Mən eyni zamanda Qara Dənizin dərin sularında yaradılması təklif olunan Anaklia limanı ərazisinə də səfər etdim və bu layihənin inkişaf etdirilməsi üzərində çalışan Amerika və Gürcüstan konsorsiumunun nümayəndələri ilə görüşdüm. Bu səfərdən dərhal sonra mən Bakı şəhərinin yaxınlığındakı Ələt limanına səfər etdim, burada Xəzər Dənizindən keçməklə Qazaxıstan və Türkmənistana, qərb istiqamətində Gürcüstan, Türkiyə və daha sonra Mərkəzi Avropaya doğru əlaqələrin genişləndirilməsi ilə bağlı görülən hazırlıq işləri ilə tanış oldum.

Hər üç ölkənin hökumət rəsmilərinin və özəl sektorda çalışanların qlobal şəbəkələrə daha yaxşı inteqrasiya etmək və iqtisadiyyatın dayanıqlı inkişafını təmin etmək məqsədilə qonşu ölkələrlə olan ticarət və investisiya əlaqələrinin genişləndirilməsinə göstərdikləri böyük maraq məndə dərin təəssürat yaratdı.

Bildiyiniz kimi hazırda bölgədəki bir çox ölkələrin iqtisadiyyatları çətin bir dövrdən keçirlər. İcazənizlə ticarət və investisiya əlaqələrinin inkişaf etdirilməsi ilə bağlı qarşımızda duran tapşırıqla əlaqədar olaraq və Transxəzər Ticarət Marşrutunun üzərində bir sıra “əlavə dəyər” kəsb edən mərkəzlərin yaradılması ilə bağlı bölgədə mövcud olan böyük potensialla əlaqədar fikirlərimizi sizinlə paylaşmaq istərdim.

İqtisadi sarsıntılar diversifikasiyanın əhəmiyyətini vurğulayır

Bölgədəki bir çox ölkələrin iqtisadiyyatları bır sıra mənfi təkanlardan, xüsusilə neft də daxil olmaqla əmtəə qiymətlərinin azalmasından, artımın zəifləməsindən və ticarət tərəfdaşı olan ölkələrin valyutasının qiymətdən düşməsindən əziyyət çəkmişdir.

Bölgədəki, eləcə də dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən hökumətlər anlamalıdırlar ki, iqtisadiyyatın diversifikasiyası dayanıqlı iqtisadi artımı şərtləndirən mütləq amildir.

Bölgədəki, eləcə də dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən hökumətlər anlamalıdırlar ki, iqtisadiyyatın diversifikasiyası dayanıqlı iqtisadi artımı şərtləndirən mütləq amildir. Xarici mühitin pisləşməsinə cavab olaraq biz artıq bir sıra addımların atıldığını müşahidə edirik və Birləşmiş Ştatlar bu səylərin həyata keçməsində köməklik göstərməyə hazırdır.

Əlbəttə ki, diversifikasiya prosesinin mərkəzində bölgədəki qonşu ölkələrlə, Avropa İttifaqı və Birləşmiş Ştatlarla olan ticarət və investisiya əlaqələrinin artırılması dayanır.

Ötən bir neçə il ərzində bir sıra hökumətlər öz ölkələrinin qlobal bazarlara olan hərtərəfli inteqrasiyasını təmin etmək, xarici investisiyanı cəlb etmək və ticarət əlaqələrini artırmaq istiqamətində işlər görmüşlər. Buna nümunə olaraq bu ayın əvvəlində ABŞ-Azərbaycan arasında hava nəqliyyatına olan məhdudiyyətlərin aradan qaldırılmasını nəzərdə tutan Açıq Səma sazişinin imzalanmasını qeyd etmək olar.

Neft və qaz sektorlarından əlavə digər sahələrə investisiyaların cəlb olunması çox vaxt səmərəsiz bürokratiya, hüquqi institutların zəif olması, şəffaflığın olmaması və korrupsiya kimi amillər üzündən məhdud olmuşdur.

Bütün bunlara baxmayaraq neft və qaz sektorlarından əlavə digər sahələrə investisiyaların cəlb olunması çox vaxt səmərəsiz bürokratiya, hüquqi institutların zəif olması, şəffaflığın olmaması və korrupsiya kimi amillər üzündən məhdud olmuşdur.

Birləşmiş Ştatlar maliyyə sektorlarının inkişafının dəstəklənməsini, korrupsiyaya qarşı mübarizəni və iqtisadi idarəçiliyin gücləndirilməsini təmin etmək məqsədilə texniki yardım göstərməyə hazırdır. Biz biznes mühitinin yaxşılaşdırılmasına və bir sıra sektorlarda ABŞ-ın ticarət və investisiya fəaliyyətinin artırılmasına köməklik göstərmək istəyirik.

Qarşılıqlı əlaqələrin artırılması

Bildiyiniz kimi əslində dünyanın bu bölgəsində qloballaşma bir neçə əsr bundan əvvəl başlamışdır, belə ki, həyati əhəmiyyət daşıyan əsas iqtisadi və mədəni yol İstanbuldan başlayaraq Şərqi Çin Dənizinə qədər uzanırdı.

Tarixi İpək Yolunun bərpası Birləşmiş Ştatların bütün dünyada dəstəklədiyi iqtisadi inkişaf növü olan regional iqtisadi inteqrasiyanın və qarşılıqlı əlaqələrin artırılması ilə üst-üstə düşür.

Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkiyə və onların qonşuları 21-ci əsrdə iqtisadi inkişaf və çiçəklənmənin hərəkətverici qüvvələri ola bilərlər və olmalıdırlar.

Müasir dövrdə dövlətlər öz iqtisadi artımlarını gücləndirmək üçün Birləşmiş Ştatlar, Qərbi Avropa və Şimal-Şərqi Asiya kimi əsas iqtisadi mərkəzlərlə əlaqələr qurmağa can atırlar. Bununla bərabər onlar eyni zamanda yaxın qonşuları ilə də sıx şəbəkələr qurmalıdırlar. Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkiyə və onların qonşuları 21-ci əsrdə iqtisadi inkişaf və çiçəklənmənin hərəkətverici qüvvələri ola bilərlər və olmalıdırlar.

Bunun üçün qitənin bütün ölkələri arasındakı əlaqələr daha da artırılmalıdır, çünki hər hansı bir ölkənin uğuru bölgədəki ticarət və tranzit əlaqələrinin mümkün olduğu qədər rəvan formada təşkil olunması ilə bağlı bütün ölkələrin bacarıqlarından asılıdır. Hər hansı bir ölkə tərəfindən yaradılan maneə bütün bir dəhlizin fəaliyyətinə mane olur. Azərbaycan, Gürcüstan və Qazaxıstan tərəfindən bu yaxınlarda Beynəlxalq Transxəzər Nəqliyyat Konsorsiumunun yaradılması regional ticarət və tranzit fəaliyyətinin daha yaxşı formada kordinasiya edilməsi istiqamətində hökumətlərin ata biləcəyi konkret addımların bariz nümunəsidir.

Azərbaycan, Gürcüstan və Qazaxıstan tərəfindən bu yaxınlarda Beynəlxalq Transxəzər Nəqliyyat Konsorsiumunun yaradılması regional ticarət və tranzit fəaliyyətinin daha yaxşı formada kordinasiya edilməsi istiqamətində hökumətlərin ata biləcəyi konkret addımların bariz nümunəsidir.

Əlbəttə ki, bu dəhlizin çiçəklənməsi üçün bizim eyni zamanda sülhə ehtiyacımız vardır. Bu baxımdan biz münaqişənin bu regiondakı ölkələrin iqtisadiyyatına olan təsirini nəzərə almaya bilmərik və biz bu bölgədə sülhün bərqərar olması, çiçəklənmənin həyata keçməsi və Yeni İpək Yolunun hamının iştirakını nəzərdə tutan yanaşmasının reallaşması üçün bütün tərəfdaşlarımızla işləməyə davam edəcəyik. Ortaq çiçəklənmə vədi, bölünmə əvəzinə regional barışığı irəliyə aparacaq bir yolu özündə ehtiva edir.

Burada əsas məqam budur: Transxəzər Ticarət Marşrutunun böyük potensialından faydalanmaqla biz Qafqaz və Mərkəzi Asiyada yaşayan on milyonlarla insana regional və qlobal miqyasda müsbət təsirləri olacaq dayanıqlı təhlükəsizlik və iqtisadi inkişaf bəxş edə bilərik.

Yeni İpək Yolunda Azərbaycan və Gürcüstanın rolu

Qeyd etdiyim kimi Transxəzər Ticarət Marşrutu çərçivəsində Mərkəzi Asiya və Qafqazdan keçməklə Şərqi Asiya və Avropanı birləşdirmək istiqamətində atılan addımlarla tanış olmaq üçün bu ayın əvvəlində mən Poti və Ələtdəki limanlara səfər etdim. Ələt limanı Şərqi Asiya və Qərbi Avropanın əsas istehlak bazarları arasında malların daşınmasını təmin etmək məqsədilə fəaliyyətini genişləndirmək üçün qarşısında iddialı planlar qoymuşdur və bir qədər sonra Baş Direktor Ziyadov bu barədə öz çıxışında qeyd edəcəkdir. Poti və Qara Dənizin Gürcüstan sahilindəki Anaklia ərazisinə səfər edərkən onların da eynilə iddialı planlar hazırladıqlarını öyrəndim.

Bu üç limanın hər biri gözəl infrastruktura malikdir, lakin yalnız malların daşınması Azərbaycan və ya Gürcüstana və yaxud bölgədəki hər hansı bir digər ölkəyə malik olduqları əhəmiyyətli coğrafi mövqedən tam şəkildə faydalanmağa bəs etməyəcəkdir.

Bu üç limanın hər biri gözəl infrastruktura malikdir, lakin yalnız malların daşınması Azərbaycan və ya Gürcüstana və yaxud bölgədəki hər hansı bir digər ölkəyə malik olduqları əhəmiyyətli coğrafi mövqedən tam şəkildə faydalanmağa bəs etməyəcəkdir. Hər iki ölkə, eləcə də onların qonşuları yerli müəssisələrin ölkələrin ərazilərindən keçən mallara “dəyər əlavə” etməsini təmin etmək üçün işlər görməlidirlər.

Bu baxımdan limanlardan keçməsi gözlənilən böyük həcmli yükdaşımaları kapitala çevirmək məqsədilə hər üç limanda Azad Sənaye Zonalarının yaradılması planları məni daha da ruhlandırdı. Logistika, yüngül istehsal və yükdaşıma ilə məşğul olan şirkətlər sadəcə ölkənin bir yerindən digərinə yükləri daşımaqdan əlavə iqtisadi imkanların artması ilə əlaqədar yaranacaq böyük imkanlardan da faydalana biləcəklər.

Dəyər əlavə olunmasının digər bir əhəmiyyətli elementi bizim şahidi olduğumuz və böyük təsir bağışlayan yolların, dəmir yollarının və limanların inşası ilə bərabər ticarət və investisiya fəaliyyətlərinin də bərabər səviyyədə gücləndirilməsidir. Yeni formalaşan quru, dəniz və hava əlaqələri ticarət və iqtisadi inkişafın artırılması baxımından həlledici əhəmiyyət kəsb etdiyi kimi gömrük təmizlənməsinin tez və səmərəli formada təşkil olunması, qanunun aliliyini təmin edən iqtisadi məhkəmələrin fəaliyyəti və qaydaların şəffaf şəkildə həyata keçirilməsi də vacibdir.

Bölgədə öz fəaliyyətini qurmaq və yaxud genişləndirmək istəyən bir çox ABŞ şirkətləri biznes mühiti ilə bağlı məlumat almaq üçün ilk növbədə Dünya Bankının “Doing Business” hesabatındakı göstəricilərə və yaxud Beynəlxalq Şəffaflıq Təşkilatının Korrupsiya Qavrayışı indeksinə nəzər salırlar. İnvestisiya üçün rəqabətli qlobal bazarların olduğu bir dövrdə qanunun aliliyinin təmin olunması və müqavilələrin icrasının qabaqcadan proqnozlaşdırılması, vergilərin ödənilməsi ilə bağlı problemlər və yaxud kiçik ölçülü investorların müdafiəsinin zəif olması ilə bağlı olan aşağı göstəricilər investorların digər yerlərə üz tutacağını deməyə əsas verir.

Bu gün burada iştirak edən hər bir kəs, sizin ölkələriniz və sizin müəssisələriniz “qarşılıqlı əlaqələrin artırılması” və “dəyər əlavə olunması” konsepsiyalarının həlledici elementlərini təşkil edirlər. Sizin qlobal baxışlarınız yerli şəraiti dərindən dərk etmək və yüksək beynəlxalq standartlara əməl etmək öhdəliyi ilə vəhdət təşkil edərək qarşılıqlı əlaqələrin artmasından sonra regionda yaranacaq böyük imkanlardan faydalanmağınıza imkan verəcəkdir.

Əminliklə qeyd edə bilərəm ki, Azərbaycan, Gürcüstan və Qazaxıstanda səfərdə olarkən mən şərq və qərb arasındakı əhəmiyyətli potensialdan yararlanmaq məqsədilə Xəzər Dənizinin hər iki tərəfindəki ölkələri birləşdirməkdə qətiyyətli olan liderlərlə görüşlər keçirdim.

Qarşılıqlı əlaqə şərq/qərb/şimal/cənub

Bu günkü tədbirin əsas mövzusu olmasa da mən, Çinin “Bir Kəmər Bir Yol” təşəbbüsü - regional və qlobal qarşılıqlı əlaqələrin yaxşılaşdırılmasını dəstəkləyən layihə - barədə də qeyd etmək istərdim. Çin quru və dəniz marşrutları vasitəsilə Avrasiya ölkələri arasındakı qarşılıqlı əlaqələri daha da inkişaf etdirmək istəyir. Qarşılıqlı əlaqələrin artmasından potensial olaraq hər bir kəs, o cümlədən Birləşmiş Ştatlar faydalana bilər. Biz ümid edirik ki, Çinin iqtisadi yardımı bu yardımı qəbul edən ölkələrin ehtiyacları, qlobal standartlar və infrastruktur investisiyasının zamanla sınaqdan keçmiş təminatları ilə uzlaşacaqdır.

Açığı desəm mən əvvəlki əsrlərin “böyük oyunlarına” istinad edildikdə narahat oluram. Biz Çin və Rusiya və yaxud Birləşmiş Ştatlar arasında mütləq kiminsə qalib gələcəyi bir mübarizənin aparılmasını istəmirik.

Açığı desəm mən əvvəlki əsrlərin “böyük oyunlarına” istinad edildikdə narahat oluram. Biz Çin və Rusiya və yaxud Birləşmiş Ştatlar arasında mütləq kiminsə qalib gələcəyi bir mübarizənin aparılmasını istəmirik.

Əksinə biz, müasir və dinamik qlobal iqtisadiyyatın mərkəzində öz yerini tutan, eyni zamanda real, dayanıqlı və innovativ artıma nail olan Qafqaz və Mərkəzi Asiya bölgəsinin mövcud olmasını istəyirik.

Dünyanın müxtəlif yerlərindəki daşınmaz əmlak bazarlarının göstərdiyi kimi istənilən məkandakı ən dəyərli əmlaklar yükdaşıma yollarının kəsişməsində, iqtisadi fəallığın daha çox olduğu yerlərdə yerləşən əmlaklardır. Buna baxmayaraq Qərbi və Mərkəzi Asiyanın bir çox bölgələri Cənub və Cənub-Şərqi Asiyanın digər bölgələrindəki inkişaf etmiş böyük bazarlardan təcrid olunmuşlar. Bölgə daxilindəki ticarət əlaqələrinin genişləndirilməsi və cənubda Pakistandan keçməklə Hindistana qədər uzanması burada real dəyişikliklər yarada bilər.

Birləşmiş Ştatlar Çindən Hindistana, Mərkəzi Asiyaya, Xəzər Dənizindən keçməklə Qafqaza, Türkiyəyə və Avropaya qədər uzanan şərqlə qərb arasında güclü şəbəkələrin inkişaf etdirilməsi ilə bağlı müxtəlif təşəbbüsləri dəstəkləyir, lakin biz eyni zamanda şimal-cənub arasındakı əlaqələrin də inkişaf etməsini istəyirik.

Yeni İpək Yolu ilə bağlı ABŞ-ın baxışı

Dünya Bankının və Avropa Yenidənqurma və İnkişaf Bankının əsas səhmdarı, eləcə də Asiya İnkişaf Bankının ikinci böyük səhmdarı olaraq Birləşmiş Ştatlar bölgədəki infrastruktur layihələrinin icrasını maliyyələşdirməyə davam edir.

Birləşmiş Ştatlar regional iqtisadi əlaqələrin aşağıdakı dörd sahədə inkişaf etdirilməsini nəzərdə tutan Yeni İpək Yolunu dəstəkləyir – enerji, ticarət və nəqliyyat, gömrük və sərhədlər və xalqlar arasındakı mübadilə.

Bu proqramların həyata keçirilməsi istiqamətində biz hökumətlər, beynəlxalq maliyyə institutları, yardım təşkilatları, vətəndaş cəmiyyəti və ən əsası kommersiya müəssisələri ilə birgə çalışırıq.

Dünya Bankının və Avropa Yenidənqurma və İnkişaf Bankının əsas səhmdarı, eləcə də Asiya İnkişaf Bankının ikinci böyük səhmdarı olaraq Birləşmiş Ştatlar bölgədəki infrastruktur layihələrinin icrasını maliyyələşdirməyə davam edir.

Nəticə

Sonda qeyd etmək istərdim ki, Birləşmiş Ştatlar əlavə ticarət fəaliyyətinin və investisiyanın cəlb olunması üçün tələb olunan çətin islahatların həyata keçirilməsində bizim bölgədəki tərəfdaşlarımıza köməklik göstərməyə davam edəcəkdir. Birləşmiş Ştatların bölgədəki və bölgədən kənarda yerləşən ölkələr arasında sıx əməkdaşlığı sürətləndirmək üçün daha hansı addımlar ata biləcəyi barədə sizin təkliflərinizi də dinləməyə hazırıq.