Kürd üsyançıları Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı hücumları davam etdirir (Yenilənib)

  • Nərminə Cəlalqızı

Kürd üsyançıları Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı hücumları davam etdirir (Yenilənib)

Türkiyə rəsmilərinin bildirdiyinə görə, kürd yaraqlılarının ölkənin cənub-şərqindəki polis məntəqələrinə hücumu zamanı azı 5 nəfər ölüb. Rəsmilər Türkiyə-İraq sərhədi yaxınlığında, kürdlərin çoxluq təşkil etdiyi Hakkari vilayətində polislə kürd üsyançıları arasında atışma baş verdiyini deyirlər. Qarşıdurma zamanı azı 10 nəfərin də yaralandığı bildirilir.

Son zamanlar kürdlərin PKK təşkilatı türk ordusuna qarşı hücumları intensivləşdirdiyinə görə Türkiyə İraqla sərhəddə cəmləşən üsyançılara qarşı hava hücumlarını artlırıb.