Kubada həbsdə olan 13 dissidentdən biri azadlığa buraxılıb

Kubada həbsdə olan 13 dissidentdən biri azadlığa buraxılıb

Kubada hökumətin azadlıq müqabilində ölkədən çıxmaq təklifiri rədd edən 13 dissidentdən biri azadlığa buraxılıb. Arnaldo Ramos Lazurik həbsdən bu gün azad edilib. Onun xanımı həyat yoldaşının azad ediləcəyi xəbərini bir gün öncə Kubanın Roman Katolik kilsəninin kardinalından telefonla aldğını bildirib. Ramos Lazurik 2003-cü ildə həbs edilən 52 müxalifət fəalı arasında idi. Onların 39-u İspaniyaya mühacirət etmək müqabilində azad edilmişdi.