Kubanın vitse-prezidenti ölkənin yeni prezidenti olacaq

Kubanın vitse-prezidenti Migel Diaz-Kanelin cümə axşamı ölkənin yeni prezidenti olacağı gözlənilir.

Hökümət bildirib ki, Diaz-Kanel prezidentliyə yeganə namizəd idi. Beləliklə o, son 60 ildə Kastro ailəsindən sonra kommunist ölkəyə başçılıq edən ilk prezident olacaq.

Onun namizədliyi Kuba Milli Assambleyası tərəfindən təsdiq olunmalıdır.

Diaz-Kabelin sosial baxımdan liberal olduğu güman edilir və o, inqilab zamanı döyüşən yaşlı liderləri əvəzləmək üçün düzgün seçim olaraq görülür.

"Diaz-Kanel ölkəsi üçün ən yaxşısını edəcək. O, indiyədək yaşadığımız tarixi prosesi davam etdirəcək və bizi hökümətdə yaxşı təmsil edəcək,” deyə Kuba sakini Yaliuska Moran bildirib.

Lakin hələ ki, Raul Kastro Kubadakı ən güclü insan olaraq qalır.

86 yaşlı Kastro Kommunist Partiyasının başçısı olmaqda davam edəcək.