ABŞ və Kuba təyyarə uçuşlarını bərpa edir

ABŞ və Kuba nümayəndə heyəti 50 ildən sonra iki ölkə arasında ticarət məqsədi ilə təyyarə uçuşlarını bərpa etməyə həsr edilmiş danışıqları başa çatdırır.

Rəsmilər dünən ölkələr arasında əlaqələrin bərpasına başlanılmasının ildönümünü elan edib.

Baxmayaraq ki, kommersiya təyyarələri Kuba və ABŞ arasında uçuşlar həyata keçirməyə dərhal başlamayacaq, ictimayət uçuşların bərpası səyləri və onun səbəb olacağı yeni imkanları müsbət qarşılayır. .

American Airlines, Delta, United və JetBlue da daxil olmaqla bir neçə böyük ABŞ avialayneri Kubaya daimi uçuşlar həyata keçirməkdə maraqlı olduqlarını ifadə edib.

ABŞ Dövlət Departamentinin nümayəndələri bildirib ki, ABŞ-ın Kuba ilə aviyasiyaya dair əməkdaşlığı Obamanın iki ölkə arasında münasibətlərin normallaşması səyləri üçün çox əhəmiyyətlidir. Havana və Vaşınqton şəhərlərində artıq ölkə səfirlikləri açılıb.