Kuba seçki prosesinə başlayır

Kuba seçki prosesinə başlayır. Prosesin fevral ayında prezident Raul Kastronun hakimiyyəti tərk etməsinədək davam edəcəyi gözlənilir.

Dövlət Şurasının mətbuata bildirdiyinə görə, bələdiyyə assambleyalarına seçkilər oktyabrın 22-nə təyin edilib.

Llakin parlament seçkilərinin tarixi bəlli edilməyib. Ölkə prezidenti və Dövlət Şurasını parlament təyin edir.

Kubada seçkilər hər 5 ildən bir keçirilir.

Kastro Kommunist Partyasının sədri vəzifəsində qalsa da, prezidentlikdən fevral ayında çəkiləcəyini bəyan edib.

Kuba seçkiləri bələdiyyə səviyyəsindən əlavə partiyaya üzvləri və əlaqəli təşkilatlara nümyəndələri də müəyyən edir.