Kubada sərnişin təyyarəsi qəzaya uğrayıb

Kubanın dövlət hava yollarına məxsus sərnişin təyyarəsi Havana hava limanının havaya qaldıqdan az sonra qəzaya uğrayıb.

104 sərnişin və 9 uçuş heyətli Boeing 737 təyyarəsi Holqun şəhərinə istiqamət almışdı.

Şahidlərin dediyinə görə, hava limanı yaxınlığında düşən təyyarədən tüstü qalxırdı. Onlar sağ qalanların təcili yardım maşınları ilə daşındığını gördüklərini deyib.

Tələfat barədə məlumat verilməyib.

Prezident Migel Diaz-Kanel də daxil edilməklə, hökumət rəsmiləri hadisə yerinə gedib. Bölgəyə fövqəladə yardım işçiləri və təcili yardım həkimləri cəlb edilib.