Bazar günü Kuba hökumətinə qarşı etirazçılar ölkə iqtisadiyyatının vəziyyəti və koronavirus pandemiyasına cavab da daxil olmaqla, bir çox narazılıqlarını dilə gətirib.
"İstədiyimiz dəyişiklikdir. "Yeter artıq" - deyə, Kubada ev işləri görən Yamila Monte AFP-yə bildirib.
Bu, hökumətə qarşı son on illərdəki ən böyük etiraz nümayişləri olub. Nümayişlər paytaxt Havana və ölkənin müxtəlif bölgələrində də keçirilib.
39 yaşlı ibtidai məktəb işçisi Yudeiki Valverde AFP-yə danışarkən, insanlar "yemək tapılmadığına görə acıqlıdır, problemlər var " deyib.
Kuba ciddi iqtisadi çətinliklər içərisindədir. Hökumət ötən il iqtisadiyyatın 11% azaldığını bildirib. Tramp administrasiyasının yeni səyahət məhdudiyyətləri tətbiq etməsindən və davam edən koronavirus pandemiyasından sonra turizmdəki azalma ABŞ-ın davamlı ticarət sanksiyasını və Venesueladan neft tədarükünü hədəf alan sanksiyaları daha da artırıb.
Bu il COVID-19 yoluxmalarının kəskin sıçrayışına görə etirazçılar səhiyyə sistemindən narazılıq ediblər.
"Dərmanlar səbəbi ilə nümayişlər oldu, çünki ölkədə heç bir şey yoxdur" - deyə, AFP-ə verdiyi açıqlamada 57 yaşlı bir rumba müğənnisi Niurka Rodrigez ABŞ-ın sanksiyasının təsirini etiraf edib.
Kuba prezidenti Migel Diaz-Kanel iğtişaşlarda ABŞ siyasətini günahlandırıb. ABŞ rəsmiləri isə bunu inkar edir. ABŞ Prezidenti Co Bayden etirazçıların "avtoritar bir rejimdən azad olmalarını tələb etdiklərini" deyib.
Associated Press-ə danışan, lakin ehtimal olunan həbs qorxusundan özünü tanıtmaqdan imtina edən bir etirazçı bunları deyib: “Biz növbələrdən, qıtlıqdan bezdik. Ona görə buradayam”.
Reuters-ə danışan və soyadını verməkdən imtina edən Havana sakini Maykel “Burada yaşamaq qeyri-mümkün olub” - deyərək Kubadakı vəziyyəti izah edib.