ABŞ administrasiyasının yüksək səviyyli rəsmisi Kubanın beş ildir həbsdə saxladığı Amerika vətəndaşı Alan Qrossu azad etdiyini bildirib.
Alan Qross ABŞ Konqresinin üç üzvü ilə birlikdə Birləşmiş Ştatlara qayıdıb.
Bu xəbərlər rəsmilərin prezident Barak Obamanın ABŞ-ın kommunist ölkə ilə bağlı münasibətlərdə əsaslı dəyişiklikləri elan etməyə hazırlaşdığını dediyi vaxt verilib.
Obama administrasiyası Alan Qrossun saxlanmasının iki ölkə arasında münasibətlərdə əsas maneə olduğunu bəyan etmişdi.
Kuba dövlət televiziyasının verdiyi məlumata görə, ölkə lideri Raul Kastro da xalqa bu gün müracitə etməyə hazırlaşır.
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin kontraktoru olan Alan Qross kommunist adaya kommunikasiya peykini kontrabanda yolu keçimək və gizli internet xidməti yaratmağa çalışmaq ittihamları ilə 2009-cu ildə dekabrın 9-da saxlanmışdı.
Kuba hökuməti Alan Qrossu 15 il müddətinə həbsə məhkum etmişdi.