Kronos kvarteti iranlı bəstəkarın yeni əsərini ifa edir

  • Nərminə Cəlalqızı

Kronos kvarteti iranlı bəstəkarın yeni əsərini ifa edir

Kronos kvartetinin payız turu San Fransisko şəhərinin Yerba Buena İncəsənət mərkəzində İran bəstəkarı Sahba Aminikianın keçən il atası və İranda prezident seçkiləri zamanı baş verən zorakılıqlar zamanı insanların faciəli ölümünə həsr etdiyi “Yerdə qalanlara ithaf“ əsərinin premyerası ilə başlayır. San Fransisko konservatoriyasının bəstəkarlıq şöbəsinin tələbəsi Aminikia özünün ilk nailiyyətini böyük təəccüb hissi ilə qarşıladı. Eyni zamanda kədər hissi də keçirdi.

Sabha Aminikia deyir ki, əsərinin nüsxəsini onlara göndərəndən sonra dirijor Deyvid Harrinqton onunla əlaqə saxladı. Bu, onun atasının İranda avtomobil qəzasına düşərək öldüyü bir vaxta təsadüf edirdi və o İrana getməli olduğunu deyir. Sabha İranda qaldığı üç ay müddətində bazar və ya küçə olmasından asılı olmayaraq, hər yerdə ona maraqlı gələn səsləri yazıb.

Kronosun təməlini qoyan və kvartetin bədii musiqi rəhbəri Deyvid Harrinqton deyir ki, o həmişə auditoriyanın əvvələr heç vaxt eşitmədiyi səsləri axtarır. Özünün 35 illik fəaliyyəti müddətində Kronos məşhur Filip Qlass və Terri Rayli kimi bəstəkarların əsərləri də daxil edilməklə, 600-dən çox yeni əsər səsləndirsə də, yeni bəstəkarların axtarışını davam edir.

David Harrington belə müsiqilərin ilk dinləyəcisi olmaq istəyini deyir. "Mən yeniliyi sevirəm, bu bir çağırışdır” - deyə o bildirir.

Kronos kvarteti dünya turuna noyabr ayının 10-da İsveçrədə Bazeldən başlayaraq, Polşa, Almaniya, Fransa və Kanadada davam edəcək.