Məşhurlar: Kristin Styuard sevgilisi Robert Pattinsona xəyanət edib

Robert Pattinson deyilənə görə sevgilisi və aktrisa Kristin Styuardı “Kosmopolis” adlı yeni filminin Nyu York şəhərində keçirilən premyerasına gəlməsini qadağan edib.

Radar online-a istinadən təhlükəsizliyə nəzarət qrupu Kristin Styuardı qırmızı xalcaya və daha sonra keçiriləcək məclisə gəlmək istədiyi təqdirdə içəri buraxmamaq əmri alıb. Onun Robertdən üzr istəmək adı altında məclisə gələcəyi ehtimal edilir.

Mənbə onların telefon vasitəsilə bir-birilə əlaqə saxladıqlarına baxmayaraq, Kristin “Kosmopolis” filminin premyerasında olmayacaq.

Buna səbəb onun evli rejissor Rupert Sandlerlə gizli münasibətlərinin aşkar olunmasıdır. Rejissor Rupert Sandlerin “Kosmopolis” filminin premyerasına gəlməsi, Kristinlə aralarındakı münasibətlər barədə məlumat yayıldıqdan bəri ictimayyət qarşısına ilk çıxışı olacaq.

Hələ ki, Robi Kristini özündən uzaqlaşdırıb. Rupertin 10 il həyat yoldaşı olmuş Liberti Ross isə ərinin Kristinlə bərabər işləməsini həmişəlik qadağan edib.

Görəsən vampir ulduza vurulan yaralar kifayət qədər dərindir.

Robert bu ilin sonunda “Alaqaranlıq” filminin sonuncu fəsilinin premyerasında Kristinlə ictimai şəkildə qarşılaşmalı olacaq və Robertin Kristini bu mərasimə gəlməyə icazə verməməsin’ səbəb sadəcə onu görmək istəməməsidir.