Kim Kardaşyanın anası atalığından ayrıldı

Bəli, Krislə Brus arasında hər şey bitdi. Bir neçə ay davam edən şaiyələrdən sonra Kris Cennerlə Brus ayrıldılar. Reality ulduzlar E! News-a onların ayrı yaşadıqlarını və özlərini daha xoşbəxt hiss etdiklərini deyib.

Lakin Kendall və Kayli adlı qızları olan cütlük yaxın dost münasibətlərini qoruyub saxlayacağını və ailələrinin onların həyatında mühüm olduğunu açıqlayıb.

Us Weekly jurnalına istinadən TV aparıcısı və sabiq idmançı ayrıldıqların sirr olaraq bir il gizli saxlayıb. Və noyabr ayında Brusa ayrıldıqları barədə şaiələr haqda sual verildikdə 63 yaşlı idmançı "hər şey yaxşıdır, mən indi evə, onun yanına gedirəm" deyib.

Xəbər yayıldıqdan sonra Brusu qolf kursunda qızı ilə vaxt keçirdiyini, Krisi isə qızı Klayın evinə gedərkən görüblər. Bəli, 22 il evlilikdən sonra Krislə Brus artıq birgə yaşamayacaq.