Krımda elektrik ötürücülərində partlayışdan sonra fövqəladə vəziyyət elan edilib

Krımda Ukraynadan gələn əsas elektrik xətlərində partlayışla əlaqədar olaraq fövqəladə vəziyyət elan edilib. Rusiyanın işğal etdiyi yarımadada 1,6 milyon insan ikinci gündür işıqsız qalıb

Partlayışa nəyin səbəb olduğu aydın deyil, lakin Rusiya qanunvericisi bunu "terror aktı" adlandıraraq, məsliyyəti Ukrayna millətçilərinin daşıdığını deyib.

Rusiyanın Energetika nazirliyinin bildirdiyinə görə, Ukraynada iki ötürücü qüllədə bazar günü səhər və daha iki qüllədə isə cümə günü partlayışlar baş verib.

Bazar günü axşam əsasın böyük şəhərlərdə əhalinin dörddə bir hissəsi mobil qaz generatorları sayəsində elektriklə təchiz olunub. Lakin hündür binalarda su təchizatı dayanıb, kabel və mobil internet isə olduqca zəif çalışır.

Krımın iqtisadi blokadasında çağıran Ukrayna fəalları təmir işlərinin qarşısının alınmasına çağırıb, lakin polislə toqquşmadan sonra geri çəkilib.

Krım keçən il Rusiya tərəfindən işğal edilib, lakin yarımadadanın elektrik təchizatı demək ola bütünlüklə Ukraynadan asılıdır.

Ukrayna polisi hücumlara görə kimin məsuliyyət daşıdığının aydın olmadığını bildirib.