Fransanın sağ Millətçi Cəbhəsi Partiyasının Rusiyanın nəzarəti altında olan bankdan çoxmilyonlu kredit alması Kremllə Avropanın sağçı qrupları arasında əlaqələrin artdığına işarədir. Bu, Fransa hökumətinin iki hərbi gəminin Rusiyaya göndərilməsini təxirə saldığı vaxtına təsadüf edir.
Fransa Rusiya üçün iki vertolyot daşıyıcısı istehsal edib. Lakin Fransa prezidenti bu yaxınlarda Ukraynadakı vəziyyətin onların köçürülməsinı mane olduğunu bildirib.
Məqsəd Avropa ölkələrini və onların hökumətlərini biri-birindən ayırmaqdır
Ölkənin ən populyar partiyası olan sağ Millətçi Cəbhəsi Partiyası bu müqavilənin yerinə yetirilməsinə çağırır. Partiyanın üzvü Qatier Buşe:“Bizim borcumuz sənayemizi, istədiyimiz hər bir ölkə ilə ticarət hüququmuzu müdafiə etməkdir.”
Moskvaya növbəti səfərini edən partiya lideri Mari Le Pen Çex-Rusiya bankından partiyasının 11 milyon dollarlıq kredit aldığını etiraf edib.
Londonda yerləşən Siyasət Aradırmaları Mərkəzindən Neil Barnettin dediyinə görə, Avropa Birliyinin əleyhinə olan sağçı partiyalar Kremlin strategiyasının bir hissəsidir. “Məqsəd Avropa ölkələrini və onların hökumətlərini biri-birindən ayırmaqdır, Avropa İttifaqı tərkibində parçalanma yaratmaqdır. Burada padikal partiyaların hökumət təşkil edib, Avropanı ABŞ-dan ayırmaq da qarşıya məqsəd qoyulub.”
Bu ayın əvvəllərində Ukrayna separatistləri Qərbin qanunsuz adlandırdığı seçkilər keçirib. Lakin bəzi ekstremist partiyalar müşahidəçi kimi seçkilərdə iştirak etməyə razılıq verib.
Neil Barnett : “Rusiyanın Krıma və bir neçə həftə əvvəl Donetsk və Luqanska dəvət etdiyi müşahidəçilərin Avropanın sağ cinahında olduğunu gördük. Onlar açıq şəkildə Rusiyanı dəstəkləyir.”
Bu qruplar arasında Macarıstanın sağçı Cobbik Partiyası da olub. Onlar qaraçılar və yəhudilərin milli təhlükəsizlik riski altında olduğunu inkar edir.
İtaliyanın Forza Partiyası, Bolqarıstanın Ataka, Yunanıstanın Kommunist partiyası da onlar arasındadır. Barnett bu tərəfdaşlığı Rusiyanın bu partiyalara maliyyə yardımı göstərməsi ilə izah edir. “Bu, kəşfiyyat məsələsidir. Maliyyələşdirmə üçüncü tərəf vasitəsi ilə məxfi şəkildə aparılır.”
Ukraynaya görə Qərblə Rusiya arasında əlaqələr ciddi şəkildə gərginləşib.
Anti-Amerikanizmə güclü təkan verilib
Rusiyanın maliyyə naziri bildirib ki, Qərbin sanksiyaları Rusiyaya ildə 140 milyard dollara başa gələcək. Rusiya prezidenti Vladimir Putin isə iqtisadi ağrıları anti-qərb əhval-ruhiyyəsi yaymaqla yüngülləşdirməyə çalışır. Bu, Beynəlxalq Strateji Araşdırmalar Mərkəzindən Nikolas Redmanın fikridir.
“Anti-Amerikanizmə güclü təkan verilib. Müxalifətdə olan bəzi insanlar xain adlandırılır. İctimaiyyət yalançı müharibə qorxusu altına salınıb.”
Təhlilçilərin fikrincə, iqtisadi müharibə intensivləşdikcə Rusiya Avropada siyasi sabitsizlik yaratmağa çalışacaq.