Kot-d'İvuar respublikasının iqtisadi paytaxtı Abidcanda saatlarla yağan güclü yağış səbəbindən yaranan daşqın 18 nəfərin ölümünə səbəb olduqdan bir gün sonra şəhər əhalisinin bir qismi hələ də hara sığınacaqlarını bilmir.
Günün erkən saatlarında şəhəri basan daşqın suları avtomobilləri sürüyüb və yüzlərlə insanın evlərində ilişib qalmasına səbəb olub.
Şəhər sakini bir qadının sözlərinə görə, daşqınların səviyyəsinin artdığından o və qızı xilas olmaq üçün evin tavanını qırmaq məcburiyyətində qalıb.
Hökümət məlumat verib ki, daha 115 nəfər xilas edilib və təmizləmə prosesinin uzun çəkəcəyi gözlənilir.