Kosovonun şimalında gərginlik artmaqdadır

  • Amerikanın səsi

Kosovonun şimalında gərginlik artmaqdadır

Kosovonun şimalında gərginlik artmaqdadır. Etnik serblər Carince və Brnyak sərhəd məntəqlərinin açılmasına etiraz edir. Avropa İttifaqı polisi və Kosovonun sərhəd rəsmiləri bu yolların yenidən istifadəyə verilməsinə çalışır. Kosovonun baş naziri Haşim Taci kabinet nazirlərinə yolların açılması üçün işlər görüldüyünü deyib. Serbiyanın Kosovo üzrə naziri Qoran Boqdanoviç xəbərdarlıq verərək, bunun yeni münaqişəyə yol açacağını bildirib. Avropa İttifaqı rəsmiləri vertolyotlarla məntəqələrə təchizat və işçi komandası göndərildiyini bəyan edib. Keçid məntəqələri iyul ayından serblərlə albanlar arasındakı qarşıdurmadan sonra NATO-nun nəzarəti altında idi.