Haaqa tribunalına çıxarılan sabiq Kosovo prezidenti günahkar olmadığını deyir

20 il əvvəl müstəqillik müharibəsi zamanı müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər törətməkdə ittiham edilən Kosovonun sabiq prezidenti Haşim Taci ilk dəfə Haaqanın hərbi cinayətlər məhkəməsi qarşısına çıxarılıb.

1998-1999-cu illər müharibəsi zamanı Kosovo Qurtuluş Ordusunun komandiri olmuş Taci Haaqanın Kosovo üzrə Xüsusi Palatasının (KSC) ona qarşı qarşı irəli sürülən müharibə cinayətləri ittihamını təsdiqlədiyini öyrəndikdən sonra noyabrın 5-də prezidentlik vəzifəsindən istefa verib.

Noyabrın 9-da tribunal qarşısına boz rəngdə kostyum və qırmızı qalstukdas çıxan 52 yaşlı Taci "hərbi cinayət ittihamları ilə razı deyiləm" deyib.

Həmin gün məhkəmədən sonra Taci və Kosova Qurtuluş Ordusunun digər iki keçmiş üzvü Kosovo üzrə Xüsusi Palatanın Haaqada yerləşən həbsxanasına köçürülüb.

Günahsız olduğunu iddia edən keçmiş prezident tribunalla əməkdaşlıq edəcəyinə söz verib.

Kosovo üzrə Xüsusi Palata ilk dinləmənin ictimaiyyətə açıq olacağını bildirib.

Taci və digər şübhəlilər "təqribən 100 nəfərin qətlində" əli olmaqla yanaşı, "insanların itkin düşməsi, təqib olunması və onlara işgəncə verilməsi" kimi cinayət işlərində günahlandırılır.

Kosovo üzrə Xüsusi Palata irəli sürdüyü iddialara görə, cinayətlər "yüzlərlə Kosovo albanı, serblər, romalılar və digər etnik azlıqlar, habelə siyasi opponentlər"ə qarşı törədilib.