Bazar günü korrupsiya, işsizlik və Serbiya ilə mümkün sülh razılığı kampaniyaları ilə keçirilən növbədənkənar parlament seçkiləri ölkənin BMT-yə üzvlük yolunu aydınlaşdıra bilər.
Bizim yaxşı seçki keçirmək ənənəmiz var. Bu gün Kosovonun qələbəsini təmin edin
Mərkəzi Seçki Komissiyasının sədri Valdete Daka yerli vaxtla səhər saat 7-də açılan seçki dairələrində ilk səs verənlər arasında olub. O, kosovoluları axşam 7-də bitəcək səsvermədə fəallığa çağırıb.
Kosovo prezident Haşim Taci də vətəndaşları azad və ədalətli seçkilərə qatılmağa səsləyib. O, Facebook hesabında yazıb ki, səsvermə yolu ilə hakimiyyətə gələcək yeni hökumət vətəndaşların həyatlarını yaxşılaşdırmaqla yanaşı, qarşıdakı problemlər həllinə imkan yaradacaq.
"Bizim yaxşı seçki keçirmək ənənəmiz var. Bu gün Kosovonun qələbəsini təmin edin" - deyə, Taci əlavə edib.
Kosovoda 1.9 milyon insan səsvermə hüququna malikdir. 2008-ci ildə Kosovonun Serbiyadan ayrılmasından sonra bu, 4-cü parlament seçkiləridir. Seçicilər 120 yerlik parlament üzvlərini müəyyən etməlidir.
Baş nazir Ramuş Haradinay, Fatmir Limay, Albin Kurti, Vjosa Osmani, Kadri Veseli baş nazir postu uğrunda mübarizə aparır.
Avropanın ən gənc ölkəsi olan Kosovoda orta yaş 29-dur. Bu ölkədə son on ildə iqtisadi artım cəmi 4 faiz təşkil edib. İşsizlik səviyyəsi 25 faizdir. 200 mindən artıq kosovolu Avropa Birliyi ölkələrində sığınacaq alıb.