Kosovoda Serbiyadan müstəqilliyin beşinci ildönümü paytaxt Priştinada hərbi parad da daxil olmaqla təntənəli şəkildə qeyd edilib. Kosovo Təhlükəsizlik Qüvvələri ABŞ və Kosovonun dövlət pbayraqları ilə bəzədilmiş Priştina küçələri ilə addımlayaraq keçib.
Təntənəli mərasimdə çıxış edən Kosovo prezidenti Atifete Yayhage ölkəsinin Vaşinqtonla uzun müddətli dostluq münasibətlərinə və Avropa İttifaqı, habelə NATO-ya üzv olmaq üçün şərlərə əməl etmək işinə sadiq qaldığını bildirib. O həmçinin rəsmi Priştinanın başqa ölkələrin suverenliyinə hörmət etdiyini, onlardan da Kosovoya eyni münasibətin gözlənildiyini deyib.
2008-ci ildə müstəqilliyini elan etməsindən sonra Kosovo dövləti 98 ölkə, o cümlədən, Qərbin qüdrətli dövlətləri tərəfindən tanınıb.
Serbiya Kosovonun müstəqilliyini tanımayıb, lakin bu yaxınlarda tərəflər arasında münasibətlərin yaxşılaşdırılması üçün yüksək səviyyədə dialoqa hazır olduğunu bildirib. Bu ayın əvvəli Brüsseldə Avropa İttifaqının vasitəçiliyi ilə Serbiya və Kosovonun prezidentləri arasında ilk görüş keçirilib.