Kosmik fəzanın mənimsənilməsi [Video]

Your browser doesn’t support HTML5

“Fəzaya sıçrayış” adlanan lahiyənin hədəfi bizə ən yaxın ulduz sistemi olan Alfa Sentauri-yə kiçik fəza gəmisi robotu göndərməkdir. Milner cihazın prototipini Nyu-Yorkda keçirilən konfransda təqdim edib.

Yuri Milner: “Bir qram ağırlığındakı ulduz çipində kamera, foton mühərriki, güc qaynağı, naviqasiya və rabitə avadanlığı var.”

Milner deyir ki, çipin böyüklüyü poçt markası boydadır və dəyəri İPhone telefonu qədər olacaq. Yüngül uçuşu onu alimlərin adlandırdığı nanogəmiyə çevirir. Lazer şüalarının köməyilə bu kiçik fəza gəmisi indiyə qədər cihazların gedə bilmədiyi uzaqlığı qət edəcək.

İnsanları başqa planetlərdə həyatın olub-olmadığı, ulduzlararası səyahət hər zaman maraqlandırıb. Lakin çox az insan bunun hazırda mümkün olacağını düşünür. Fəza alimi Haukinq Yer Kürəsi ilə Alfa Sentari sistemi arasındakı 40 triliyon km məsafəni bir nəsil müddət ərzində keçməyin mümkün olacağını düşünür.

Stefen Havkinq: “Mən inanıram ki, bizi xüsusi edən sərhədlərimizi aşmamızdır. Yerin cazibə qüvvəsi bizi yerə bağlayır. Ancaq mən indicə Amerikaya uçmuşam.”

ABŞ-da yaşayan alim Frimen Dayson deyir ki, bu qədər uzağa getməyə ehtiyac yoxdur.

Friman Dayson: “Bura ilə Alfa Sentauri arasındakı məsafə boş deyil. Oraya çatmaq üçün aradakı maneələri gözardı etmək mümkün deyil. Bu məsafədə minlərlə obyekt var.”

Dayson həyatın mövcud olub olmadığını planetdən çox asteroid və ya kiçik qalaktikalarda mümkün olacağını düşünür. Hətta belə olsa belə həmin obyektlərə səyahət azı 20 il çəkəcək. Lahiyəyə dəstək verənlər düşünür ki, missiyanı 20 ilə tamamlamaq olar və əldə olunan məlumatları Yer Kürəsinə göndərmək əlavə 4 il vaxt tələb edə bilər.

Avi Loeb: “Bizim hədəfimiz dünyanın hər yerində insanları xüsusən də gəncləri buna cəlb etməkdir ki, hədəfimizə çatdığımızda onlar ətrafda olsun.”

Əgər bu missiyanı sürətləndirəcək başqa kəşf olmasa, bu il anadan olan insan bu məqsədə çatıldıqda 50 yaşında olacaq.