Kosmik tullantılar

Your browser doesn’t support HTML5

Biz təkcə planetinimizin səthini deyil, onun ətrafındakı fəzanı da çirkləndiririk. Bunun isə dəhşətli nəticələri ola bilər. Almaniyanın Darmştat şəhərində keçirilən 7-ci Avropa Kosmik Tullantılar Konfransında iştirak edən alimlər deyir ki,  Yer kürəsinin ətrafındakı fəzanın bəzi yerlərində tullantıların həcmi o qədər çoxdur ki, çox yaxında oradan uçmaq təhlükəli ola bilər.