Beynəlxalq Kosmik Stansiya heyəti Yerə geri dönür

Beynəlxalq Kosmik Stansiyanın sonuncu heyəti kosmosda keçirdiyi altı aydan sonra Yerə geri qayıdır.

Amerikalı Şeyn Kimbro ilə bərabər rusiyalı astronavtlar Sergey Rıjıkov və Andrey Borisenko stansiyada qalan digər astronavtlarla sağollaşıb, Soyuz kosmik gəmisinə minib.

Bir neçə saat sonra Soyuz Beynəlxalq Kosmik Stansiyada ayrılaraq, Yerə doğru istiqamət alıb.

Ekspedisiya heyətinin bazar ertəsi axşam Qazaxıstan səhralarına enəcəyi planlaşdırıb.

Bu üç astronavtın qayıdışı ilə Beynəlxalq Kosmik Stansiyasına nəzarət ikinci dəfə amerikalı Peqqi Uitsonə etibar edilib. Bu ayın sonu Uitson kosmosda keçirdiyi günlərin sayına görə digər amerikalıları geridə qoyacaq. Amerikalı astronavtlar arasında hazırkı rekord 534 gündür.