Avropanın kosmik gəmisi Marsa çatıb

Yer kürəsindən daha bir kosmik gəmi Marsa çatıb.

Avropa Fəza Agentliyi bildirib ki, Schiaparelli kosmik gəmisi çərşənbə günü Mars atmosferinə daxil olub, lakin kosmik raketin Marsa enib-enmədiyi ilə bağlı heç bir məlumat yoxdur.

Kosmik raker bazar günü Trace Gas Orbiter-indən göndərilib. Raketin Qırmızı Planetin səthinə saatda 21 min kilometr sürətilə enməsi planlaşdırılırdı. Bəzi ekspertlər bu prosesi “altı dəqiqəlik cəhənnəm” adlandırır.

Avropa Fəza Agentliyi atdığı bir tvitdə raketin cümə axşamının sonunadək Marsın səthi ilə təmasa keçməsinin gözlənildiyini bildirib.