Latviyanın mərkəzi bankının rəhbəri həbs edilib

Korrupsiya əleyhinə polis Latviyanın mərkəzi bankının rəhbərini həbs etdikdən sonra Latviyanın baş naziri Maris Kuçinskis ölkəsini və Avropanı təhlükə əlamətlərinin olmadığına əmin edib.

Nə Kuçinskis nə də polis mərkəzi bankın rəhbəri İlmars Rimseviçsin nəyə görə həbs edildiyi barədə açıqlama verməyib. Lakin polis sözçüsü yaxın zamanda bu bardə bəyanat veriləcəyini bildirib.

Latviya hökuməti bazar ertəsi təcili yığıncaq keçirməyi planlaşdırır.

Baltik ölkələrinin mərkəzi bankına rəhbərlik etməklə yanaşı, Rimseviçs həmçinin Avropa Mərkəzi Bankının idarə heyətinə daxildir.

ABŞ Maliyyə Nazirliyi Şimali Koreyanın silah proqramı ilə əlaqələndirilən çirkli pulların yuyulması ilə bağlı iddialara görə Latviya bankına qarşı sanksiyaların tətbiqini təklif edib.