Körpələrdə ən çox yayılmış qüsur "dovşandodaq"lıqdır

Your browser doesn’t support HTML5

Dünyaya gələn körpələrdə ən çox yayılmış qüsur dovşandodaqlıqdır. Bu, üst dodaq dərisinin birləşməməsi ilə yarıq şəklində olması deməkdir. Dovşandodaq uşaqlarda şox zaman damaqda da yarıq olur və bu problem əməliyyat edilərək aradan qaldırılır. Lakin əməliyyat edilmədiyi təqdirdə bu, həmin insanın əlillliyi, hətta ölümü ilə nəticələnə bilər.

Daniel Trulio anadan olmamışdan əvvəl USM (Ultra-səs) müayinəsi zamanı onun dovşandodaq olduğu müəyyən edilmişdi. Onun cərrahı hətta qüsurun nə dərəcədə olduğunu belə deyə bilərdi. “Milli Uşaq Tibb Mərkəzin”dən doktor Albert Oh: “Siz nəinki qüsurun bir və ya iki tərəfdə olduğunu deyə bilər, ümumiyyətlə körpənin hansı potensial problemləri olduğunu müəyyən edə bilərsiniz.”

Bu kiçik çənədə olduğu kimi...

“Danielə gəldikdə isə, onun ağız hissəsində bəzi çatışmazlıqlar var” deyə, doktor doktor Albert Oh bildirir.

Vaşinqtonun “Milli Uşaq Tibb Mərkəzin”də Danielə Traxeostomiya, eləcə də trak adlanan əməliyyat edildi. Bu əməliyyat zamanı onun boynundan boğazına deşik açıldı. Çünki damağındakı yarıq onun nəfəs almasına mane olurdu.

Birləşmiş Ştatlarda hər il 7 minə qədər dovşanmdodaq körpə dünyaya gəlirsə, dünya boyu belə körpələr milyonlarladır. Cərrahiyyə əməliyyatı olmadan Daniel kimi körpələr boyun uzanması, danışmaq və eşitmək kimi problemlərlə böyüyür. “Gülümsə əməliyyatı” təşkilatının təsisçisi doktor Villiam Makcinin dediyinə görə, dovşandodaq və damaq yarığı olan körpələrin onundan doqquzuna cərahiyyə əməliyyatı olunmazsa onlar ölüm təhlükəsi ilə üzləşir. “Bu qüsuru əməliyyat edə bilməyən insanlar malyariya, GİCS və vərəm xəstəlikləri səbəbindən ölənlərdən daha çoxdur.”

“Gülümsə əməliyyatı” kimi xeyriyyə təşkilatları könüllülərı bu qüsurları aradan qaldırmaq üçün inkişaf etməkdə olan ölkələrdəkı yerli həkimlərdən bu kimi əməliyyatların necə aparılacağını öyrənir. “Biz burada genetik əlaqənin olduğunu bilirik və indi bizdə dünyanın ən iri genetik növlər kolleksiyası var" deyə doktor Villiam Makci bildirir.

Halların 30 faizi genetik mutasiya ilə əlaqədardır. Bir ailədə üç övlad buna işarə verdi. Cənubi Kaliforniya universitetindən doktor Yanq Çay: “Adətən 3-4 uşaqlı ailədə bir uşaqda bu doğuşdan qaynaqlanan problemi görürük. Ailədə hər uşaqda bu problemin olması nadir bir hadisədir və bizə imkan verir ki, bu problemə rəvac verən genetik mutasiyanı müəyyən edə bilək.”

Alimlər hələ də bu problemin müalicəsini tapa bilmir və bunun digər səbəblərini araşdırmaqda davam edirlər.

Danielə damaq əməliyyatı 2017-ci ilin baharında olub. Onun çənəsi və dişlərinin düzəldilməsi üçün isə hələ bir neçə əməliyyat lazımdır. Lakin Daniel artıq sərbəst nəfəs ala bilir və iki yaşlı uşağın etdiyini normal şəkildə edə bilir.