Koronavirusun mümkün müalicəsi məqsədilə ilk testlər keçiriləcək

Uhanda xəstəxananın tibb personalı koronavirusa yoluxmuş xəstələri müalicə edir, 24 fevral, 2020.

ABŞ-ın biotibb şirkəti mart ayında təxminən 1000 xəstənin iştirak edəcəyi testlərə başlayaraq, koronavirusa qarşı indiyə qədər ən perspektivli potensial dərman olan remdesivir preparatının əlavə kliniki sınaqlarını keçirəcəyini açıqlayıb.

Kaliforniyada yerləşən Gilead Sciences şirkəti tərəfindən hazırlanan dərman preparatının diqqət mərkəzində olduğuna işarə kimi qiymətləndirilən bu testlər zamanı “COVİD-19-un ağır kliniki təzahürləri olan" 400-ə yaxın xəstəyə 5, ya da 10 gün ərzində remdesivir veriləcək.

Gilead şirkətinin açıqladığı bəyanatda həmçinin deyilir ki, “xəstəliyin orta kliniki təzahürləri olan" 600 xəstə üç qrupa bölünəcək, bunların üçdə birinə 5 gün, digər üçdə birinə 10 gün ərzində remdesivir veriləcək, qalanları isə standart müalicə alacaqlar, bu da ağrıkəsici və qızdırma dərmanları, maye və oksigen qəbulundan ibarətdir.

ABŞ-ın Milli Allergiya və İnfeksion Xəstəliklər Mərkəzlərinin direktoru, doktor Antoni Fauçi Ağ Evdə koronavis epidemiyası ilə bağlı keçiriəln mətbuat konfransında danışır, 27 fevral, 2020.

Fevral ayında Gilead Çin rəsmiləri və tibb mütəxissisləri ilə birgə işləyərək, koronavirusun ilk dəfə qeydə alındığı Uhanda iki kliniki test, Nebraska universitetinin rəhbərliyi alında isə dünyanın 50 şəhərində üçüncü, qlobal uzunmüddətli test keçirib.

Şirkət kliniki testlərin dördüncü raundunun “əsas etibarilə Asiya ölkələrində, eləcə də qlobal miqyasda diaqnoz qoyulan halların çox olduğu digər ölkələrdə” keçiriləcəyini bildirib.

Gilead şirkətinin yüksək səviyyəli nümayəndəsi bildirib ki, testlərin əsas məqsədlərindən biri qısa müalicə kursunun effektivliyini müəyyən etməkdən ibarətdir. Onun bildirdiyinə görə, “əgər bu, belədirsə, o zaman xəstəxanaların daha çox xəstəni müalicə edə bilməsi üçün dərman ehtiyatları avtomatik olaraq ikiqat artırılacaq”.

ABŞ-ın Milli Allergiya və İnfeksion Xəstəliklər Mərkəzlərinin direktoru, doktor Antoni Fauçi Ağ Evdə cümə axşamı ABŞ prezidenti Donald Tramp və vitse-prezident Mayk Penslə mətbuat konfransı zamanı remdesivir preparatını qeyd edib.

Doctor Fauçi bildirib ki, remdesivir “sınaq şüşəsində və heyvanlar üzərində təcrübələr zamanı antivirus aktivliyi” göstərib. Onun sözlərinə görə, aparılan testlər “yaxın zamanda bunun işləyib-işləməyəcəyi” nəticələrini verəcək.

“Əgər bu, baş versə, o zaman effektiv müalicə terapiyası verə biləcəyik” – deyə, o əlavə edib.