"Koronavirusun elə ən birinci mənbəyi buradır", - yataqxana sakini

Your browser doesn’t support HTML5

Antisanitar şərait, qəzalı bina, yanğın təhlükəsi və artıq ümidlərini üzmüş sakinlər... Bakının Binəqədi rayonu Dərnəgül qəsəbəsində yerləşən məcburi köçkünlərin məskünlaşdığı yataqxananın sakinləri yaşayış şəraitlərindən şikayətçidirlər. Sakinlər deyir ki, bir neçə il əvvəl yataqxanada yaşayanların böyük hissəsini ev ilə təmin edib oradan köşürüblər. Qalan 10-a yaxın ailə isə bu gün orada yarı-sökülmüş, qəzalı vəziyyətdə olan binada yaşamağa məcburdur. Məcburi köçkünlər mümkün olan hər bir yerə şikayətlərini bildirdiklərini və hələ də problemlərinin həll olunmadığını deyirlər.