Kaliforniyada ştatda karantin elan edilən yerlərdə bir ailədən olmayan insanlara bir-birindən 2 metrə qədər aralı olmaq barədə göstəriş verilib.
Bu isə deməkdir ki, bir çoxlarının fiziki və əqli sağlamlığı üçün vacib olan idman məşqləri indi çətin bir məsələyə çevrilib. Açıq havada başqaları ilə birlikdə idman etmək həm potensial qurban, həm də xəstəliyin potensial daşıyıcısı ola bilmək deməkdir.
Açıq havada idman edərkən potensial problemləri görməyə başlayırsınız.
Gəzmək yaxşıdır, ancaq elə yerlər seçməlisiniz ki, dar olmasın, əks təqdirdə başqaları ilə yaxın məsafədə olacaqsınız. Futbol və ya tennis oynamaq olar arada məsafə var. Lakin burada da topa toxunmaq məsələsi ortaya çıxır.
Və bir şey də var - əgər siz COVID-19 vaxtında yalnış bir yerdə idman edirsinizsə, kiminsə şəkillərinizi çəkib sizi sosial mediada tənqid etmək riski ilə qarşılaşırsınız.
Havanın çox gözəl olduğu bir gün bir çox insan ətrafdakı parklara, oyun meydançalarına və çimərliklərə üz tutdu. Hökumət həmin yerləri bağlamalı oldu. İnsanlar o qədər çox idi ki, insanların bir-birindən 2 metr aralı durması mümkün deyildi və bu, səhiyyə işçilərinin narahatlığına səbəb oldu.
Həftədə bir neçə dəfə etdiyim kimi, bir dostumla itlərimizlə küçədə qaçmağa başladıq.
Bir qadın pənəcərsini açıb dostumla mənim düzgün hərəkət etdiyimizi dedi. Biz itlərimizin zəncirinin də, aramızdakı məsafənin də 2 metrə yaxın olmalı olduğunu bilirik.
Velosiped sürməyə icazə verilir, lakin başqa bir məhəlləyə getməməlisiniz. Çox ehtimal ki, bir qəza olarsa, siz problem yaradacaqsınız. Velosiped qəzasından sonra ehtimal ki, siz koronavirusa yoluxma şansının daha çox olduğu təcili yardım şöbəsinə göndəriləcəksiniz. Deməli, velosiped sürmək lazım deyil.