Koreyalı ailələr yenidən vidalaşdı

Bu həftə son 10 ildə ilk dəfə bir-birinə qovuşan Şimali və Cənubi Koreyalı qohumlar bu gün yenidən vidalaşıblar.

Koreya müharibəsi nəticəsində bir-birindən ayrı düşmüş aİlələ Şimali Koreyanın Kumqanq dağında qovuşublar. 70-80 yaşlarından olan bəzi ailə üzvləri çox güman ki bir də öz yaxın qohumlarını görə bilməyəcək.

357 Cənubi Koreyalı Şimaldan olan 88 nəfər yaşlı qohumu ilə görüşüb.

Pxenyanın dünən başlayan ABŞ-Cənubi Koreya ənənəvi hərbi təlimləri barədə narahatlıqlarına baxmayaraq, bu görüş 2010-cu ildən bəri ilk qovuşma olub. Şimal bu təlimləri qəbuledilməz provokasiya hesab edir.