Birləşmiş Koreya komandası cənubi koreyalıları iki yerə bölüb [Video]

Your browser doesn’t support HTML5

Cənubi Koreya ictimaiyyəti bir qayda olaraq Şimali Koreyanın yaxınlaşan Olimpiya Oyunlarında iştirakına müsbət yanaşır. Onlar bununla qonşularını əməkdaşlığa sövq edəcəyinə inanırlar. Lakin hər iki ölkənin bir komanda halında çıxış etməsi cənubi koreyalıları iki hissəyə bölüb.

Son rəy sorğularına əsasən cənubi koreyalıların 80 faizdən çoxu ölkədə keçiriləcək olimpiya oyunlarına Şimali Koreyanın böyük heyət göndərməsi qərarını alqışlayır.

Lakin əhalinin təxminən 70 faizi Şimal və Cənubun birgə komanda formalaşdırmasına qarşıdır.

Li Hae-Cun, Cənubi Koreya vətəndaşı: “Düşünürəm ki, bu yaxşı deyil. Sanki hər hansı siyasi nəticə nümayişi kimi görünür.”

Olimpiadada iştirak etmək hüququ qazanmış Cənubi Koreyanın qadınlardan ibarət hokkey yığmasının tərkibinə Şimali Koreya oyunçularını əlavə edilməsi əksəriyyət üçün bu haqqı qazanmış oyunçalara qarşı ədalətsiz qərardır.

Əlavə olaraq, Cənubi Koreya hokkey komandasının baş məşqçisi bu qərarın komandanın rəqabətliliyinə mənfi təsir edəcəyi ilə bağlı narahatlıqlarını ifadə edib.

Sara Murrey, Cənubi Koreya qadın hokkey komandasının məşqçisi: “Olimpiya oyunlarına bu qədər az müddət vaxt qalanda kiminsə komandaya əlavə edilməsi risklidir. Çünki qızlar birlikdə uzun müddət oynayıblar və aralarında anlaşma formalaşıb.”

Lakin Cənubi Koreya prezidenti Mun Ce İn deyir ki, Olimpiadanın əsas məqsədi sülhün təşviq edilməsi və nəticə etibarilə təcrid olunmuş repressiv Kim Con Un hökümətinin nüvəsizləşdirilməsidir.

Mun Ce İn, Cənubi Koreya prezidenti: “Əgər Cənub və Şimal bir komanda formalaşdırıb Olimpiya Oyunlarında iştirak etsələr, düşünürəm ki, bu tarixi bir an olacaq. Yalnız koreyalılar üçün deyil, dünyanın hər bir yerində yaşayan insanlar bu tarixi ana şahidlik edəcəklər. Bu iki Koreya arasında problemlərin həll edilməsində yaxşı bir başlanğıc ola bilər.”

Lakin cənubi koreyalıların əksəriyyəti siyasətin idmana gətirilməsi ilə razı deyil. Bəziləri isə deyir ki, sülhün təşviq edilməsi qızıl medal qazanmaqdan daha yaxşıdır.

Kim Cu-Vuk, Cənubi Koreya vətəndaşı: “Düşünürəm ki, onlar daha gözəl gələcək üçün güzəştə gedə bilərlər və əgər biz Şimali Koreya ilə sülhdə yaşaya biləriksə, bundan daha gözəl nə ola bilər?”

Açılış mərasimi zamanı Cənubi və Şimali Koreya idmançıları həm də bir bayraq altında addımlayacaqlar.

Şimali Koreya Cənuba böyük heyət göndərəcək. Bura Taekvondo komandası, orkestr və yüzlərlə azarkeş kapitanları daxildir.

Bundan əlavə hər iki ölkədən olan xizəkçilər Oyunlardan öncə Kumqanq dağı kurortunda məşq edəcəklər.