BMT Şimali Koreyada təbii fəlakətin on minlərlə insanı susuz qoyduğunu bildirir. İki həftədən artıq yağan şiddətli yağışların yaratdığı daşqınlar su quyularının zəhələnməsinə səbəb olub, xəstəxana avadanlıqlarını yuyub aparıb.
Hazırda xəstəliklərin yayılma qorxusu mövcuddur. Onsuz da ərzaq qıtlığı ilə üzləşən bu ölkədə pis hava şərəaiti 60 min insanı evsiz qoyub.
Bu həftənin əvvəllərində Şimali Koreyaya səfər edən BMT nümayəndələri daşqınlara məruz qalan bölgələrə səfər edərək, ehtiyacları müəyyən etməyə çalışıb. BMT-nin təxminlərinə görə, 50 min insanın içməli suya təcili ehtiyacı var.
İndiyədək 119 adamın həlak olduğu bildirilir.
BMT-nin bu yaxınlarda açıqladığı hesabatında Şimali Koreyada 24 milyon insanın xroniki aclıqla üzləşdiyi bildirilmişdi.