Şimali Koreyanın terroru dəstəkləyən ölkə elan edilməsi: Təzyiq, yoxsa simvolizm?

ABŞ prezidentinin Şimali Koreyanı terrorizmi dəstəkləyən ölkə elan etməsi ümumilikdə müsbət qarşılansa da, Çinin də ticarətinə təsiri olan bu addım Şimali Koreyanın müzakirələr masası arxasına keçməsinə dair sual qaldırıb.

ABŞ prezidenti noyabrın 20-də Şimali Koreyanı terrorizmin sponsoru adlandırıb. Donald Tramp bu bəyanatla Ağ Evdə çıxış edib.

Prezident bildirib ki, yubadılmış bu addım Şimali Koreyaya qarşı maksimal təzyiq kampaniyasının bir hissəsidir.

Terrorizmi dəstəkləyən sponsor ölkə güclü təzyiqdənsə, daha çox simvolik mahiyyət daşıyır

ABŞ dövlət başçısı əlavə edib ki, Amerika Pxenyana qarşı əlavə sanksiyalar tətbiq edir. Onun dediyinə görə, ABŞ-ın Maliyyə Nazirliyi o ölkəyə qarşı iqtisadi ölçüləri sabah açıqlamalıdır.

Şimali Koreya ABŞ-ın terrozimi dəstələyən ölkələr siyahısına daxil etdiyi sonuncu ölkədir. 2008-ci ildə o ölkə nüvə proqramının müzakirəsi məqsədi ilə siyahıdan çıxarılmışdı.

“Terrorizmi dəstəkləyən sponsor ölkə güclü təzyiqdənsə, daha çox simvolik mahiyyət daşıyır” - deyə, Şimali Koreya araşdırmaları üzrə professor Kim Yonq-hyun bildirib.

ABŞ-ın Şimali Koreyaya qarşı son sanksiyaları simvolizmə əlavə məna qata bilər, əgər o ölkə ilə demək olar ki. bütün sahələrdə ticarət aparan Çin yadım etsə.

ABŞ-ın Maliyyə Nazirliyi Şimali Koreyanın nüvə və ballistik proqramlarını maliyyələşdirən 13 biznes və 20 gəmini hədəf alıb. Bu, Pxenyanla Pekin arasındakı ticarətin 750 milyonunu təşkil edir.

Çin və Şimali Koreyanın dostluq körpüsü

Sanksiyalar Şimali Koreya iqtisadiyyatına keçmişlə müqayisədə daha ağır təsir göstərir. Belə ki, Çinin əvvəllər mövqeyi daha güclü idi. Bunu ABŞ-Koreya İnstitunun təhlilçisi Bencamin Katzeff Silbetşteyn bildirir.

Şimali Koreyanın raket sınaqları və sentyabr ayında keçirdiyi 6-cı ən güclü sınağı ilə Pxenyanın tərəfləri müzakirəyə yönəltmək istəyi kimi də qələmə verənlər var.