Ansan şəhər məktəbinin şagirdləri dərslərinə qayıdıb

Məktəb şagirdlərin gəzintiyə çıxdıqları gəminin batmasından 9 gün sonra açılıb
Cənubi Koreyanın Ansan şəhər məktəbinin şagirdləri gəzintiyə çıxdıqları gəminin batmasından 9 gün sonra dərslərinə qayıdıb.

Qəza nəticəsində həlak olanların xatərəsinə partalar üzərinə çiçəklər və notlar qoyulub.

Məktəb administrasiyası məktəbin açılışının ilk gününün anım mərasimlərinə həsr edildiyini bildirib.

İndiyədək 159 nəfərin öldüyü təsdiq edilib. 174 adam xilas edilib.

Sewol gəmisində 476 sənişin var idi.

Gəmi heyətinin 29 üzvündən yalnız 7-si sağ qalıb.

6800 tonluq bərənin bayması ilə bağlı təhqiqat davam etdirilir. Qəzaya səbəb güclü külək, sualtı axın və ya hədsiz ağırlıq ola bilər.