Şimali və Cənubi Koreya liderləri arasında görüşün tarixi müəyyən edildi

Şimali Koreya lideri Kim Conq Un və Cənubi Koreya prezidenti Mun Cae-in arasında 27 aprel tarixində ikitərəfli zirvə toplantısı keçiriləcək.

Böyük əhəmiyyət kəsb edən görüşün tarixi cümə axşamı hər iki Koreya nümayəndələrinin sərhəddə yerləşən Panmunjonm kəndində keçirilən danışıqları zamanı müəyyən edilib.

Kim Conq Un və prezident Mun arasındakı zirvə görüşü Pxenyan və Seul arasında Şimalın nüvə silahları və ballistik raket proqramı sınaqlarına görə yaranmış gərginlikdən bir il sonra keçirilir.

Keçmişdə Kim Conq Una sərt bəyanatlar vermis ABŞ prezidenti Donald Trampın isə Kim Conq Un ilə təkbətək görüşün may ayında keçiriləcəyi gözlənilir.