Şimali Koreya propaqanda filmləri seriyasına yeni bir film əlavə edib. Bu dəfə yayımlanan videoda Şimali Koreya ABŞ hərbi qüvvələrini qüdrətli silahlarla məhv etməklə təhdid edir. Senariyə əsasən Seulu zəbt edən şimal qüvvələri 150,000 Amerika əsgərini əsir götürür.
Haqqında söz gedən film Şimali Koreyanın Uriminzokkiri rəsmi internet səhifəsində və YouTube kanalında yerləşdirilib. Bundan bir həftə əvvəl Şimali Koreya Ağ Ev və Kapitoli binasını partladılmasını nümayiş edən video yayımlamışdı.
“Qisa Üçgünlük Müharibə” adlanan film raketlərin şimaldan Cənubi Koreyaya yağmasının ardınca Şimali Koreya əsgərlərinin sərhədi keçməsi ilə başlayır.
“Xüsusi hərbi qüvvələr Seulu və digər şəhərləri zəbt edəcək. Həmçinin 150,000 ABŞ vətəndaşını girov götürəcək,” deyə filmi səsləndirən diktor 20-ci əsrin ortalarına məxsus pafosla elan edir.
Hücum əməliyyatının özü də 20-ci əsrin konvensional müharibə səhnələrini xatırladır. Əlində avtomat tutmuş əsgərlər şövqlə düşmən səngərlərinə doğru qaçırlar.
Keçən ay Şimali Koreya Nyu York şəhərini raket hücumuna məruz qaldığını və Empire State binasını alovlar içində yanan video yayımlamışdi. Həmin videoda hücum səhnəsinin “Modern Warfare 3” video oyununundan alındığı güman edilir. Daha sonra bu video YouTube kanalından yığışdırılmışdı.
http://www.youtube.com/embed/9VQ7NjGeIRw?list=UUknqqNd3-joIjWzf1Jn4oVQ