Şimali Koreya ABŞ və Cənubi Koreya arasında keçirilən hərbi təlimlərə etiraz olaraq, okeanda qısa mənzilli raket sınağını davam etdirib.
Cənubi Koreya Müdafiə Nazirliyinin məlumatına görə Şimali Koreya ölkənin cənub-şərq sahillərində 55 kilometrlik məsafəyə üç və 155 kilometrlik məsafəyə dörd raketi sınaqdan keçirib.
Cənubi Koreya müdafiə nazirliyinin sözüçüsü Kim Min-siok deyib ki, raket sınaqları BMT Təhlükəsizlik Şürasının qətnaməsinin pozulması deməkdir.
Yaponiya rəsmiləri də raket sınağına reaksiya bildirib. Yaponya nazirlər kabinetinin katibi Yoşihide Suqa Şimali Koreyaya xəbərdarlıq notası göndərib.
Keçən həftənin cümə axşamı Şimali Koreya Skud tipli iki uzun mənzilli raketi sınaqdan keçirmişdi. Bazar ertəsi sınaqlara daha iki Skud raketi əlavə edib.
Birləşmiş Ştatlar sınaqları qınayıb və bunun BMT qətnaməsinin pozulması olduğunu deyib.
ABŞ və Cənubi Koreya arasında hərbi təlimləri işğal üçün hazırlıq kimi qiymətləndirən Şimali Koreya əsasən bu dövrdə raket sınaqları keçirir.