Cənubi Koreya ABŞ qoşunlarının Koreya yarımadasında qalmasını istəyir

Cənubi Koreya Şimali Koreya ilə sülh razılığının imzalanacağından asılı olmayaraq ABŞ qoşunlarının Koreya yarımadasında qalmaqda davam etməsini istəyir.

Cənubi Koreya prezidentinin sözçüsünün bəyanatı prezidentin məsləhətçisi prezident Mun Caeinin məsələyə mövqeyi ilə bağlı qəzetdə dərc edilən məqalədə çaşqınlıq yaratmasından bir qədər əvvələ təsadüf edib.

Məqalədə deyilir ki, sülh razılaşması imzalansa, ABŞ qüvvələrinin Cənubi Koreyada qalmalarını əsaslandırmaq çətin olacaq.

Baxmayaraq ki, Şimali Koreya uzun zamandır nüvəsizləşdirilmənin şərtlərinin bir hissəsi kimi təxminən 30 min ABŞ qoşununun regiondan çıxarılmasını tələb edirdi. Ötən həftə Mun Caeinin Şimali Koreya lideri Kim Conq Unla birgə bəyanatında qoşunların çıxarılması barədə bir söz deyilməyib.

Hər iki ölkə Koreya müharibəsinə son qoymaq barədə rəsmi bəyanat vermək və daimi sülh razılığı əldə etmək üçün ABŞ və Çinlə birgə işləyəcək.