Şimali Koreyanın kompüter hakerləri Cənubi Koreyanın məxfi hərbi məlumatlarını ələ keçirib

Şimali Koreyanın kompüter hakerləri Cənubi Koreyanın məxfi hərbi məlumatlarını ələ keçirib. Bu məlumatlar arasında o ölkənin liderliyinin necə hakimiyyətdən salınması planları da var.

Cənubi Koreyanın Yonhap xəbər agentliyinin bildirdiyinə görə, məlumatlar 2016-ci ilin senyabr ayında oğurlanıb.

Bildirildiyinə görə, məlumatlar arasında 5015 əməliyyat planı da var.

Yonhap bunu Pxenyanla bağlı Seul-Vaşintqon əməliyyat planı adıandırıb.

Cənubi Koreya vəkilləri 3100 əməliyyat planının da oğrlanmış məlumatlar arasında ola bildiyini düşünür.

Hərbi məlumat bazasından hələ ki, oğurlanan faylların yanız 20 faizi aşkarlanıb.

Məlumat BMT-nin Şimali Koreyaya və o ölkədən mal daşıyan gəmilərin fəaliyyətini yasaqlamasından bir neçə gün sonraya təsadüf edir.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası yekdilliklə Şimali Koreyanın 3 sentyabr tarixində keçirilən nüvə sınağına cavab olaraq yeni sanksiyaları təsdiq edib.

Qətnaməyə edilən əlavələr Şimali Koreyanın öz nüvə və ballistik raket proqramlarını maliyyələşdirmək imkanını kəskin şəkildə məhdudlaşdıracaq.