Konqo Demokratik Respublikası rəsmilərinin bildirdiyinə görə, ölkənin şimal-şərqindəki qızıl mədənində baş verən qəza 60 şaxtaçının ölümünə səbəb olub.
Rəsmilər uçurumun şaxtaçıların qızıl axtarışı məqsədi ilə quyunu 100 metr dərinlikdə qazarkən baş verdiyini deyirlər.
Yerli rəsmilər hadisənin baş verdiyi ərazinin silahlı dəstələrin nəzarəti altında olduğu üçün xilasetmə işlərinin ləng getdiyini bildirirlər.
Bu yoxsul ölkədə minlərlə insanın dolanışıq üçün çalışdığı mədənlərdə təhlükəsizlik standartları yaxşı icra olunmur.