Tarixdə ən maraqlı döyüşdə iştirak edirsənsə, döyüşqabağı görüşə zövqlü geyimdə gəlməlisən. Konor Makqreqorla Floyd Mayvezer məhz belə edib.
Biz onları Las-Veqasda, T-Mobile Arenasında gördük. Konor özünün şıq kostyumunda, Floyd isə nisbətən sadə, amma zövqlü geyimdə idi.
Görəsən onların hansının geyim tərzi daha xoşagəlimli idi?
Bunu demək çox çətindir. Amma bütün bunlar avqustun 26-ı onlar rinqə çıxdıqda vacib görünməyəcək. Belə ki, o rinqdən yalnız döyüşçülərin biri qalib çıxacaq.
Amma hələlik geyim baxımından Konor görüşün qalibi olub. Konorun geyim həvəskarı olmasını nəzərə alsaq, Floyd bu barədə narahat olmamalıdır.
Döyüşün Konora 100, Floyda isə 300 milyon dollar gətirəcəyi gözlənilir.
Bundan sonra onların hər ikisi özlərinə kifayət qədər zövqlü geyim ala bilər.