Kompüter təhlükəsizliyi-Eksperiment

Bir çox insanı kompüter təhlükəsizliyi narahat edir. Lakin buna baxmayaraq, onlar özləri virus və digər nasazlıqlara yol açır.

Kompüter ekranlarında xəbərdarlıqlar verilməsinə baxmayaraq, bir çoxları təhlükəli saytları açır.

Briqham Young Universitetinin alimləri bu mesajlara əhəmiyyət verməyənlərlə bağlı araşdırma aparıb.

Alim Brok Kirvanın dediyinə görə, onlayn təhlükəsizliyi çox hallarda insanlardan asılıdır. “Təhlükəsizlik zəncirinin ən zəif halqası istifadəçilərdir. Təhlükəli davranışlarla kompüterlərin pozulmasına yol verməmək üçün bir system yaradılmalıdır. “

Aradırmaçılar bir qrup tələbə aparsında eksperiment keçirib. Kompüter oyunları oynayan tələbələrdən Batman kimi super-qəhrəmanı tanıyıb-tanımadıqları soruşulub.

Eksperiment boyu Batman saytlarına dair xəbərdarlıq işarələri çıxıb. Xəbərdarlıqlara məhəl qoymayanların “kompüterlərinizlə vidalaşın“ deyə yazı ilə hakerliyə məruz qaldıqları ortaya çıxı

Briqham Young Universitetinin informasiya sistemi üzrə professoru Abtoni Vans tələbələrin qərar verməsi üçün bir neçə saniyə vaxtları olduğunu deyir. “Bəziləri kompüterlərini söndürüb, digərləri qapağını bağlayıb. Onları məlumat bazalarının pozulması qorxudub.”

Xoşbəxtlikdən hakerlik mesajları həqiqi olmayıb. Lakin eksperiment tələbələrin mesajlara məhəl qoyulmaması kimi davranışına təsir göstəri

Araşdırmaların nəticələri İnformasiya Sistemləri Assosiasiyasının jurnalında dərc edilib.

Tədqiqiatçılar Silikon vadisində kompüter istehsalçılarının araşdırmaların nəticələrinə maraq göstərdiyini deyir.

Hazırda alimlər fMRI adlanan yüksək texnologiyadan istifadə etməklə, kompüter siçanının hərəkəti ilə təhlükəsizliyin necə müdafiə edilməsinə dair eksperiment keçirməyi planlaşdırır.