Kommunist Partiyası sıralarında gənclərin sayı artır [Video]

Your browser doesn’t support HTML5

Kommunist Partiyasında gənclərin sayı artır

Partiya pop mədəniyyətinin vasitələrindən istifadə etməklə gəncləri öz sıralarına cəlb edə bilib

Sovet İttifaqının idarəçi partiyasının davamçısı olan Rusiya Kommunist Partiyası gənc Pionerlər hərəkatının yaranmasının 95-ci ildönümü qeyd edib.

Rusiyanın Kommunist Partiyası populyar və qərb mədəniyyətinə aid şəkillərdən istifadə edərək gəncləri cəlb etməyə çalışır.

Lakin Rusiyanın müasir gənclərinə kommunizm ideyası aşılamaq çox çətindir.

Artmaqda olan korrupsiya və qeyri-bərabərlik xeyli sayda gənci partiyanın mitinqlərinə toplayır. Amma bu gənclər babalarının kommunist partiyasından fərqli partiya istəyindədirlər.

Partiyanın yenidən aktivləşməsi 24 ildən sonra yeni lider seçilməsi ilə nəticələnə bilər.

Bəzi insanlar kimin rəhbər seçilməsindən asılı olmayaraq Vladimir Leninin inqilabi partiyasının gələcəkdə Rusiya elitası üçün başağrı yaradacağını bildirir.

Bu günə qədər Kommunist Partiyası Kremlin istər xarici, istərsə də daxili siyasitini dəstəkləyib.