Kolumbiyada hökümətlə üsyançılar arasında razılıq əldə edilib

Kolumbiya hökuməti ilə üsyançı liderlər arasında Kubada tarixi sülh razılığının əldə edilməsi ilə Qərb yarımkürəsində uzun müddətdir davam edən hərbi münaqişəyə sona qoyulur.

Kolumbiya hökuməti ilə Kolumbiya İnqilabçı Hərbi Qüvvələr arasında əldə olunan razılaşma dörd ildir davam edən danışıqlardan sonra əldə edilib. Tərəflər arasında münaqişə nəticəsində 220 min insan həlak olub, beş miliyondan çox insan isə evlərindən didərgin düşüb.

Prezident Xuan Manuel Santos televiziya ilə çıxışı zamanı razılaşmanı alqışlayıb və kolumbiyalıları razılığı dəstəkləmək üçün oktyabr ayının 2-də keçiriləcək referendumda iştirak etməyə çağırıb.

Rəy sorğuları kolumbiyalıların əksəriyyətinin plana dəstək verəcəyini göstərir.

FARC üsyançıları on illərdir davam edən münaqişədən nəticəsində itkilərdən sonra danışıqlar aparmağa vadar olub. ABŞ-ın dəstəklədiyi Kolumbiya hərbi qüvvələrinin üsyançıların əsas komandirlərini qətl yetirməsi nəticəsində qrupun üzvlərinin sayı yarıya enib.

Razılaşmaya əsasən üsyançı qrupun sabiq liderləri yeni siyasi hərəkat yaradılanadək Kolumbiya qanunvericiliyində yer alacaq.